main-post-cover

    Qlobal bazarda Xiaomi 2K Gaming Monitor G27Qi gaming monitoru təqdim edilib

    Cihazlar+
    15.07.2024
    Emil Nəcəfov
         Xiaomi şirkəti qlobal bazarda yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Xiaomi 2K Gaming Monitor G27Qi adlanır. Beləliklə bu yeni monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 27 düym ölçülü Fast IPS LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 95%-ni əhatə edir. Üstəlik ekran özündə istifadəçi gözləri üçün zərərli olan göy işığın aşağı səviyyədə olmasını təsdiqləyən TÜV Low Blue Light sertifikatına sahibdir. Monitor özündə HDMI 2.0 DisplayPort 1.4 girişlərini birləşdirir. Xiaomi 2K Gaming Monitor G27Qi-nin nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    POCO M6 Plus 5G-nin render fotosu təqdim edilib və tenxiki imkanları açıqlanıb
    poco-m6-plus-5g-nin-render-fotosu-teqdim-edilib-ve-tenxiki-imkanlari-aciqlanib
    Redmi K70 Ultra-nın batareya həcmi rəsmi şəkildə açıqlanıb
    redmi-k70-ultra-nin-batareya-hecmi-resmi-sekilde-aciqlanib
    Xiaomi Mi Band 9-un render fotosu ortaya çıxıb
    xiaomi-mi-band-9-un-render-fotosu-ortaya-cixib
    Təqdimata hazırlaşan Redmi K70 Ultra smartfonu AnTuTu bençmarkında yeni rekorda imza atıb
    teqdimata-hazirlasan-redmi-k70-ultra-smartfonu-antutu-bencmarkinda-yeni-rekorda-imza-atib
    Xiaomi HyperOS 2.0-ı ilk əldə edəcək smartfon seriyasının adı məlum olub
    xiaomi-hyperos-20-i-ilk-elde-edecek-smartfon-seriyasinin-adi-melum-olub