main-post-cover

    Qatlana bilən qapaqlı Honor Magic V Flip smartfonunun təqdimatı anons edilib

    Cihazlar+
    04.06.2024
    Emil Nəcəfov
         Keçən ildən bəri olmuş müxtəlif məlumat sızıntılarından sonra Honor şirkəti sonunda öz ilk qatlana bilən qapaqlı smartfonunun təqdimatını anons edib. Şirkət tərəfindən Çinin Weibo adlı sosial şəbəkəsində təqdim edilmiş posterlərə əsasən Honor Magic V Flip adlı qatlana bilən qapaqlı smartfonun təqdimatı 13 iyun tarixində Çində baş tutacaq. Təqdim edilmiş posterlərdə həmçinin sözügedən smartfonun xarici görünüşü də əks olunub. Posterlərdən də görmək olar ki, Honor Magic V Flip böyük ölçülü xarici ekranı əldə edəcək. Xarici ekranın sağ hissəsində isə iki ədəd kamera yerləşəcək. Qeyd etmək lazımdır ki, Honor Magic V Flip ya MediaTek ya da Snapdragon prosessoru vasitəsilə çalışacaq. Üstəlik smartfonun 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy Z Flip 5 smartfonu 3700 mAh, OPPO Find N3 Flip smartfonu isə 4300 mAh enerji tutumlu batareyaya sahibdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor 200 və Honor 200 Pro təqdim edilib - QİYMƏTİ
    honor-200-ve-honor-200-pro-teqdim-edilib-qiymeti
    Honor markası uyğun qiymətli Earbuds A qulaqlığını təqdim edib! - QİYMƏTİ
    honor-markasi-uygun-qiymetli-earbuds-a-qulaqligini-teqdim-edib-qiymeti
    Honor şirkəti Honor X60 smartfon seriyası üzərində çalışır
    honor-sirketi-honor-x50-smartfon-seriyasi-uzerinde-calisir
    Honor 200 smartfonlarının texniki imkanları ətraflı şəkildə ortaya çıxıblar
    honor-200-smartfonlarinin-texniki-imkanlari-etrafli-sekilde-ortaya-cixiblar
    Qatlana bilən qapaqlı Honor Magic V Flip-in render fotosu təqdim edilib
    qatlana-bilen-qapaqli-honor-magic-v-flip-in-render-fotosu-teqdim-edilib