main-post-cover

    Qatlana bilən OPPO Find N5-in müxtəlif gövdə rənglərində fotoları təqdim edilib

    Cihazlar+
    10.02.2025
    Emil Nəcəfov
         OPPO bu ay ərzində qatlana bilən OPPO Find N5 flaqman smartfonunu təqdim etməyə hazırlaşır. Evan Blass adlı məşhur insayder öz növbəsində bu yeni smartfonun ilk keyfiyyətli render fotolarını bölüşüb. Fotolara əsasən, OPPO Find N5 ağ, qara və bənövşəyi olmaqla 3 gövdə rəngində təqdim olunacaq. Cihaz özündə 3 ədəd kameranı, Hasselblad loqosunu və LED işıqlandırmanı birləşdirən dairəvi kamera sahəsinə sahib olacaq.
         Kameraların üsusiyyətləri hələ açıqlanmasa da, Hasselblad loqosunun olması smartfonun yüksək keyfiyyətli foto çəkmə imkanlarına malik olacağını göstərir. OPPO artıq təsdiqləyib ki, Find N5 smartfonunun gövdəsi IPX6/X8/X9 standartları üzrə suya qarşı yüksək dayanıqlığa sahib olacaq. Cihazın əsas xüsusiyyətlərindən biri onun gövdəs qalınlığının cəmi 4.2 mm olmasıdır. Şayiələrə görə, OPPO Find N5 smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq və 50 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib batareya ilə təchiz olunacaq.
    Mənbə: GSMarena
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OPPO Find X9 Ultra barəsində ilk məlumat verilib
    oppo-find-x9-ultra-baresinde-ilk-melumat-verilib
    OPPO Find N5 qatlana bilən smartfonların əsas problemlərindən birini aradan qaldıracaq
    oppo-find-n5-qatlana-bilen-smartfonlarin-esas-problemlerinden-birini-aradan-qaldiracaq
    OPPO Find N5-in gövdəsi hətta iPad Pro 2024-ün gövdəsindən də nazik olacaq
    oppo-find-n5-in-govdesi-hetta-ipad-pro-2024-un-govdesinden-de-nazik-olacaq
    Bu il nazik gövdəli smartfonların ili olacaq
    bu-il-nazik-govdeli-smartfonlarin-ili-olacaq
    Qatlana bilən OPPO Find N5-in yeni real fotoları ortaya çıxıb
    qatlana-bilen-oppo-find-n5-in-yeni-real-fotolari-ortaya-cixib