Qatlana bilən OnePlus Open yeni videoda sərgilənib (VİDEO)
Cihazlar+
17.10.2023
Emil Nəcəfov
Qatlana bilən OnePlus Open smartfonunun təqdimatı yaxınlaşdıqca onun barəsində daha çox məlumat ortaya çıxır. MrMobile adlı Youtube kanalının müəllifi OnePlus şirkətinin baş ofisinə gələrək OnePlus Open ilə yaxından tanış olub. Blogger təqdimata hazırlaşan bu qatlana bilən smartfonun konstruksiyasının özəllikləri barəsində məlumat əldə edib və hətta smartfonun bəzi texnoloji testlərində iştirak edib. Təqdim edilmiş videoda OnePlus Open yalnız ön paneldən sərgilənib. Şirkət onun arxa panel dizaynını hələ də sirr olaraq saxlayır.
Lakin bununla belə şirkət smartfonun daxili elastiki ekranını ətraflı şəkildə sərgiləyib. Videodan da görmək olar ki, ekran üzərində qatlanma izi olduqca az nəzərə çarpır. Daxili ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş kiçik ölçülü dairəvi çıxıntı isə ekranın yuxarı sağ hissəsində yerləşir. Blogger həmçinin smartfonun şarnir konstruksiyasına da nəzər yetirə bilib. Daha öncə şirkət bildirmişdi ki, OnePlus Open-in şarnir konstruksiyasında yalnız 69 ədəd detaldan istifadə edilib. Bunun sayəsində smartfon olduqca kompakt ölçülü alınıb. Qeyd etmək lazımdır ki, OnePlus Open-in təqdimatı 19 oktyabr tarixində baş tutacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Gələn ilki OnePlus Nord 4 barəsində ilk məlumatlar verilib
Gələn ilki OnePlus Nord 4 barəsində ilk məlumatlar verilib
Son zamanlarda qatlana bilən OnePlus Open və OnePlus 12 flaqman smartfonları barəsində olduqca çoxlu məlumat ortaya çıxıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!