main-post-cover

    POCO X6 smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    01.12.2023
    Emil Nəcəfov
         POCO brendinin yeni smartfonu Geekbench testlərindən keçib. Söhbət, POCO X6-dan gedir. Bəzi məlumatlara əsasən POCO X6 smartfonu Redmi K70 modellərindən birinin qlobal versiyası olacaq. Geekbench-dəki məlumatlara əsasən POCO X6 smartfonu Snapdragon 7s Gen 2 prosessoru vasitəsilə çalışacaq. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1013 xal, çox nüvəli testi çərçivəsində isə 2865 xal toplayıb. Geekbench testləri sayəsində həmçinin məlum olub ki, POCO X6 smartfonu qutudan Android 13 vasitəsilə çalışacaq. Çox güman ki, sözügedən smartfon 2024-cü ilin əvvəlində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi 4 smartfonunun dəstəyini dayandırıb
    xiaomi-4-smartfonunun-desteyini-dayandirib
    Redmi Note 13R Pro-nun qlobal bazarda hansı ad ilə satılacağı açıqlanıb
    redmi-note-13r-pro-nun-qlobal-bazarda-hansi-ad-ile-satilacagi-aciqlanib
    POCO M6 Pro 4G smartfonu təqdimata hazırlaşır
    poco-m6-pro-4g-smartfonu-teqdimata-hazirlasir
    Büdcəli POCO C65 smartfonu təqdim edilib
    budceli-poco-c65-smartfonu-teqdim-edilib
    POCO yeni büdcəli smartfonunun təqdimatını anons edib
    poco-yeni-budceli-smartfonunun-teqdimatini-anons-edib