main-post-cover

    Orta büdcəli Vivo V50e smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    10.04.2025
    Emil Nəcəfov
         Vivo şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Vivo V50e-dən gedir. Vivo-nun bu yeni orta büdcəli smartfonu böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Vivo V50e smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2392x1080 piksel keyfiyyətli 6.77 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1800 nit təşkil edir. Ekran həmçinin Diamond Shield Glass qoruyucu şüşəsi ilə əhatə olunub.
         Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfonun gövdəsi isə IP68/69 standartları üzrə sudan qorunma özəlliyinə sahibdir. Vivo V50e smartfonu MediaTek Dimensity 7300 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 8 MP ikili arxa kameraya və 50 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 5600 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo V50e 17 aprel tarixində satışa çıxacaq və onun qiyməti 336$-dan start götürəcək.
    Mənbə: GSMarena
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    7000 mAh-dan böyük həcmli batareyaya sahib orta büdcəli Vivo Y300 Pro+ təqdim edilib - QİYMƏTİ
    7000-mah-dan-boyuk-hecmli-batareyaya-sahib-orta-budceli-vivo-y300-pro-teqdim-edilib-qiymeti
    Orta büdcəli Vivo Y300t smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-y300t-smartfonu-teqdim-edilib-qiymeti
    Vivo Vision qarışıq reallıq (AR + VR) cihazı sərgilənib
    vivo-vision-qarisiq-realliq-ar-vr-cihazi-sergilenib
    Vivo V50 Lite 4G smartfonu təqdim edilib - QİYMƏTİ
    vivo-v50-lite-4g-smartfonu-teqdim-edilib-qiymeti
    Vivo V50 Lite 4G smartfonunun render fotoları və texniki imkanları təqdim edilib
    vivo-v50-lite-4g-smartfonunun-render-fotolari-ve-texniki-imkanlari-teqdim-edilib