main-post-cover

    Orta büdcəli OPPO A6 Pro təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    09.09.2025
    Emil Nəcəfov
         OPPO yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, OPPO A6 Pro-dan gedir. Bu yeni smartfon orta ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə OPPO A6 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2372x1080 piksel keyfiyyətli 6.57 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1400 nit təşkil edir. Smartfonun gövdəsi IP66/68/69 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir.
         Smartfon MediaTek Dimensity 7300 prosessoru vasitəsilə çalışır və 8/12/16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda OPPO A6 Pro özündə 50 MP + 2 MP ikili arxa kameranı və 16 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OPPO A6 Pro artıq Çində satışa çıxıb və qiyməti 252$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OPPO Find X9-un keyfiyyətli render fotosu təqdim edilib
    oppo-find-x9-un-keyfiyyetli-render-fotosu-teqdim-edilib
    Orta büdcəli OPPO A6 GT 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-oppo-a6-gt-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Orta büdcəli OPPO A5i Pro 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-oppo-a5i-pro-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Orta büdcəli OPPO A6 Max smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-oppo-a6-max-smartfonu-teqdim-edilib-qiymeti
    OPPO K13 Turbo 5G və K13 Turbo Pro 5G smartfonları təqdim edilib - QİYMƏTİ
    oppo-k13-turbo-5g-ve-k13-turbo-pro-5g-smartfonlari-teqdim-edilib-qiymeti