main-post-cover

    Orta büdcəli Motorola Edge 60 Neo təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    05.09.2025
    Emil Nəcəfov
         Motorola şirkəti Motorola Edge 60 smartfon seriyasını kompakt ölçüyə sahib yeni orta büdcəli model ilə genişləndirib. Söhbət, Motorola Edge 60 Neo-dan gedir. Bu yeni smartfon kompakt ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və orta həcmli batareyanı əldə edib. Beləliklə Motorola Edge 60 Neo smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.36 düym ölçülü pOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edir. Üstəlik ekran Gorilla Glass 7i qoruyucu şüşəsi ilə əhatə olunub.
         Smartfonun gövdəsi isə IP68/69 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon MediaTek Dimensity 7400 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Motorola Edge 60 Neo özündə 50 MP + 13 MP + 10 MP üçlü arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 68 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Motorola Edge 60 Neo bu ay ərzində satışa çıxacaq və onun qiyməti 129 avrodan start götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli Moto G06 smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-moto-g06-smartfonu-teqdim-edilib-qiymeti
    Büdcəli Moto G06-nın render fotoları ortaya çıxıb
    budceli-moto-g06-nin-render-fotolari-ortaya-cixib
    Təqdim olunmamış Motorola Edge 60 Neo-nun render fotoları ortaya çıxıb
    teqdim-olunmamis-motorola-edge-60-neo-nun-render-fotolari-ortaya-cixib
    Orta büdcəli Moto G86 Power 5G təqdim edilib - QİYMƏTİ
    orta-budceli-moto-g86-power-5g-teqdim-edilib-qiymeti
    Android 16-nı son ƏS yenilənməsi qismində əldə edəcək Motorola smartfonlarının siyahısı təqdim edilib
    android-16-ni-son-es-yenilenmesi-qisminde-elde-edecek-motorola-smartfonlarinin-siyahisi-teqdim-edilib