Orta büdcəli Honor Pad GT planşeti təqdimata hazırlaşır
Cihazlar+
27.11.2024
Emil Nəcəfov
Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən Honor şirkəti performanslı yeni orta büdcəli planşetini təqdim etməyə hazırlaşır. Söhbət, Honor Pad GT-dən gedir. İnsayder bildirib ki, bu yeni planşet artıq gələn ay təqdim olunacaq. İnsayderin sözlərinə əsasən Honor-un bu yeni orta büdcəli planşeti 11.5 düym ölçülü LCD ekranla təchiz olunacaq və MediaTek Dimensity 8350 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı planşet nazik və yüngül gövdəni əldə etməli və böyük həcmli batareyaya sahib olmalıdır. Planşet barəsində digər bir məlumat hələ yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Honor 300 smartfon seriyasının təqdimatı anons edilib
Honor 300 smartfon seriyasının təqdimatı anons edilib
Gözləntilərə əsasən bu seriyaya üç model daxil olacaq. Honor 300, Honor 300 Pro və Honor 300 Ultra.
Honor 300 Pro-nun fotoları ortaya çıxıb və texniki imkanları təqdim olunub
Honor 300 Pro-nun fotoları ortaya çıxıb və texniki imkanları təqdim olunub
Honor şirkəti Honor 300 smartfon seriyasını təqdim etməyə hazırlaşır. Gözləntilərə əsasən bu seriyaya 4 model daxil olacaq. Son günlərdə internetdə seriyanın Honor 300 və Honor 300 Pro+ modelləri barəsində məlumatlar ortaya çıxıb.
Honor 300-ün rəsmi fotoları təqdim edilib
Honor 300-ün rəsmi fotoları təqdim edilib
Hələ təqdim edilməmiş Honor 300 smartfon seriyası barəsində son günlərdə çoxlu sayda məlumat ortaya çıxıb. İndi isə Honor şirkəti Honor 300-ün rəsmi fotolarını təqdim edib.
Honor 300 smartfonları barəsində rəsmi məlumatlar təqdim edilib
Honor 300 smartfonları barəsində rəsmi məlumatlar təqdim edilib
Honor şirkəti hal-hazırda Honor 300 smartfonları üzərində çalışır. Son günlərdə bu smartfon seriyası barəsində bəzi məlumatlar ortaya çıxıb. İndi isə şirkət özü Honor 300 smartfonları barəsində bəzi rəsmi məlumatları təqdim edib.
Honor-un 3 qat qatlana bilən smartfonunun ilk fotoları ortaya çıxıb
Honor-un 3 qat qatlana bilən smartfonunun ilk fotoları ortaya çıxıb
Huawei şirkəti sentyabr ayında ilk 3 qat qatlana bilən smartfonunu təqdim etmişdi. Söhbət, Huawei Mate XT smartfonundan gedir. Huawei Mate XT-nin təqdim olunmasından sonra məlumat ortaya çıxdı ki, bəzi şirkətlər də 3 qat qatlana bilən smartfon üzərində çalışırlar. Onların arasında Honor da var.
Həftənin xəbərləri
Xiaomi 15 qlobal bazarda iki versiyada satışa çıxacaq
Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib