main-post-cover

    OPPO Reno 11F 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    08.02.2024
    Emil Nəcəfov
         Bir neçə müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra OPPO şirkəti OPPO Reno 11F 5G smartfonunu təqdim edib. OPPO Reno 11 seriyasının bu yeni modeli sudan və tozdan qorunan gövdəsi, MediaTek prosessoru və böyük həcmli batareyası ilə seçilir. Beləliklə OPPO Reno 11F 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym OLED ekranla təchiz olunub. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib.
         Smartfonun gövdəsi isə IP65 standartı üzrə sudan/tozdan qorunur və özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. OPPO Reno 11F 5G smartfonu MediaTek Dimensity 7050 prosessoru vasitəsilə çalışır. Smartfon 8 GB RAM, 256 GB daxili yaddaş həcmi, 64 MP + 8 MP + 2 MP üçlü arxa kamera və 32 MP-lik ön kamera ilə təchiz olunub. Batareya həcminə gəldikdə isə smartfon 64 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə edib. OPPO Reno 11F 5G 307$ qiymətində artıq satışa çıxıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimata hazırlaşan OPPO Reno 11F 5G-nin yeni fotoları ortaya çıxıb
    teqdimata-hazirlasan-oppo-reno-11f-5g-nin-yeni-fotolari-ortaya-cixib
    Hələ təqdim olunmamış OPPO Reno 12 smartfonlarının texniki göstəriciləri və satış qiymətləri açıqlanıb
    hele-teqdim-olunmamis-oppo-reno-12-smartfonlarinin-texniki-gostericileri-ve-satis-qiymetleri-aciqlanib
    OPPO Reno 11F 5G smartfonunun yeni fotosu və texniki göstəriciləri təqdim edilib
    oppo-reno-11f-5g-smartfonunun-yeni-fotosu-ve-texniki-gostericileri-teqdim-edilib
    OPPO Reno 11F 5G smartfonunun yeni promo fotoları təqdim edilib
    oppo-reno-11f-5g-smartfonunun-yeni-promo-fotolari-teqdim-edilib
    OPPO yeni büdcəli smartfonu olacaq OPPO K12-nin təqdimatına hazırlaşır
    oppo-yeni-budceli-smartfonu-olacaq-oppo-k12-nin-teqdimatina-hazirlasir