OPPO Find X8 smartfonları yeni nəsil batareyanı əldə edəcəklər
Cihazlar+
19.07.2024
Emil Nəcəfov
OPPO şirkətinin gələn ilin əvvəli üçün gözlənilən OPPO Find X8 flaqman smartfon seriyası barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə OPPO Find X8 seriyasının sahib olacağı batareya barəsində məlumat verilib. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən OPPO Find X8 smartfonları 5800 mAh enerji tutumlu yeni nəsil batareya ilə təchiz olunacaqlar. Söhbət, Glacer Battery adlı yeni nəsil batareyadan gedir.
Məlumata əsasən OPPO şirkəti sözügedən batareyanı OnePlus və CATL şirkətləri ilə birlikdə hazırlayıb. Gözləntilərə əsasən bu yeni nəsil batareya daha böyük enerji sıxlığına və daha uzun xidmət müddətinə sahib olacaq. İnsayderin sözlərinə əsasən OPPO Find X8 smartfonlarının əldə edəcəkləri bu batareya 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Daha öncəki məlumat sızıntılarına əsasən OPPO Find X8 smartfonları Qualcomm və MediaTek prosessorlarını əldə edəcəklər və özlərində Hasselblad şirkətinin kamera sensorlarını birləşdirəcəklər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OPPO Reno 12F 4G smartfonu təqdim edilib
OPPO Reno 12F 4G smartfonu təqdim edilib
OPPO şirkəti bir neçə müddət bundan öncə OPPO Reno 12F 5G smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun 4G versiyasını təqdim edib.
OPPO Find X8 flaqman smartfonu barəsində təfərrüatlar təqdi edilib
OPPO Find X8 flaqman smartfonu barəsində təfərrüatlar təqdi edilib
Heç sirr deyil ki, OPPO şirkəti hal-hazırda OPPO Find X8 flaqman smartfon seriyası üzərində çalışır.
OnePlus və OPPO birgə orta büdcəli smartfonlar üçün 7000 mAh-lıq batareya üzərində çalışırlar
OnePlus və OPPO birgə orta büdcəli smartfonlar üçün 7000 mAh-lıq batareya üzərində çalışırlar
Bir neçə müddət bundan öncə OnePlus şirkəti OnePlus Ace 3 Pro smartfonunu təqdim etmişdi.
OnePlus və OPPO 6000 mAh-dan daha böyük həcmli batareyalara sahib smartfonlar üzərində çalışırlar
OnePlus və OPPO 6000 mAh-dan daha böyük həcmli batareyalara sahib smartfonlar üzərində çalışırlar
OnePlus şirkəti bir neçə gün bundan öncə Çində OnePlus Ace 3 Pro smartfonunu təqdim etdi. Bu smartfonun əsas fərqləndirici özəlliklərindən biri də odur ki, o, 6100 mAh enerji tutumlu batareyanı əldə edib.
Orta büdcəli OPPO A3 smartfonu təqdim edilib - QİYMƏTİ
Orta büdcəli OPPO A3 smartfonu təqdim edilib - QİYMƏTİ
OPPO şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, OPPO A3-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı və böyük həcmli batareyası ilə seçilir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!