main-post-cover

    OnePlus Ace 3V-nin bəzi vacib texniki özəllikləri təsdiqlənib

    Cihazlar+
    07.03.2024
    Emil Nəcəfov
         Çinin 3C adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında OnePlus şirkətinin yeni smartfonu ortaya çıxıb. Söhbət, OnePlus Ace 3V-dən gedir. Sertifikatlaşdırma agentliyinin məlumatlar bazası sayəsində OnePlus Ace 3V-nin hansı həcmdə batareyanı və hansı gücdə sürətli şarj texnologiyasını əldə edəcəyi məlum olub. Beləliklə məlumatda qeyd edilib ki, smartfon 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında smartfonla bağlı digər bir məlumat yoxdur. Lakin daha öncəkli məlumat sızıntılarına inansaq, OnePlus Ace 3V 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranı əldə edəcək və Snapdragon 7+ Gen 3 prosessoru vasitəsilə çalışacaq. OnePlus Ace 3V-nin yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus şirkəti artıq OnePlus Pad 2 planşeti üzərində çalışır
    oneplus-sirketi-artiq-oneplus-pad-2-planseti-uzerinde-calisir
    OnePlus Ace 3V-nin xarici görünüşü render foto vasitəsilə sərgilənib
    oneplus-ace-3v-nin-xarici-gorunusu-render-foto-vasitesile-sergilenib
    OnePlus 13 smartfonu barəsində bəzi məlumatlar verilib
    oneplus-13-smartfonu-baresinde-bezi-melumatlar-verilib
    OnePlus Nord 4 smartfonu təqdimata hazırlaşır
    oneplus-nord-4-smartfonu-teqdimata-hazirlasir
    OnePlus Nord 5-in bəzi texniki özəllikləri açıqlanıb
    oneplus-nord-5-in-bezi-texniki-ozellikleri-aciqlanib