main-post-cover

    OnePlus Ace 3 barəsində yeni təfərrüatlar təqdim edilib

    Cihazlar+
    19.04.2024
    Farid Pardashunas
         Fevral ayında məlumat ortaya çıxmışdı ki, OnePlus şirkəti OnePlus Ace 3 Pro üzərində çalışır. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder hazırlanan bu smartfon barəsində yeni təfərrüatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən OnePlus Ace 3 Pro smartfonu kənarları əyilmiş dizaynda hazırlanmış ekranı, metal materialdan hazırlanmış gövdə ətrafı çərçivəni və şüşə ilə əhatə olunmuş arxa paneli əldə edəcək.
         Smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli OLED ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon özündə 16 GB RAM-ı və 1 TB-a kimi daxili yaddaş həcmini birləşdirəcək. OnePlus Ace 3 Pro-nun 50 MP-lik əsas arxa kameranı və 100 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyanı əldə edəcəyi gözlənilir. Smartfon yaxın zamanda təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus bu il qatlana bilən qapaqlı smartfonunu təqdim edəcək
    oneplus-bu-il-qatlana-bilen-qapaqli-smartfonunu-teqdim-edecek
    OnePlus Pad 2 planşetinin hansı prosessoru əldə edəcəyi açıqlanıb
    oneplus-pad-2-plansetinin-hansi-prosessoru-elde-edeceyi-aciqlanib
    OnePlus Pad 2 planşetinin nə zaman təqdim edilə biləcəyi açıqlanıb
    oneplus-pad-2-plansetinin-ne-zaman-teqdim-edile-bileceyi-aciqlanib
    OnePlus Nord  CE4 təqdim edilib - QİYMƏTİ
    oneplus-nord-ce4-teqdim-edilib-qiymeti
    OnePlus Ace 3 Pro-nun bir sıra texniki imkanları açıqlanıb
    oneplus-ace-3-pro-nun-bir-sira-texniki-imkanlari-aciqlanib