main-post-cover

    OnePlus 13-ün ilk press fotoları ortaya çıxıb

    Cihazlar+
    17.10.2024
    Emil Nəcəfov
         OnePlus şirkəti OnePlus 13 flaqman smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə Çinin sosial şəbəkələrində bu yeni smartfonun ilk press fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolarda smartfonun yalnız arxa paneli əks olunub. Fotolardan da görmək olar ki, OnePlus 13 smartfonu yastı gövdə dizaynını əldə edəcək. Onun arxa panelində dairəvi kamera sahəsi yerləşəcək. Lakin OnePlus 12-dən fərqli olaraq kamera sahəsi smartfonun kənar hissəsi ilə birləşməyəcək. OnePlus 13-ün kamera sahəsinin daxilində 3 ədəd obyektiv mövcud olacaq. Son məlumat sızıntılarına əsasən OnePlus 13 smartfonu 2K keyfiyyətli ekranla təchiz olunacaq, Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) prosessoru vasitəsilə çalışacaq və özündə 6000 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimata hazırlaşan OnePlus 13-ün batareya həcmi açıqlanıb
    teqdimata-hazirlasan-oneplus-13-un-batareya-hecmi-aciqlanib
    Təqdimata hazırlaşan OnePlus 13-ün ekran özəllikləri açıqlanıb
    teqdimata-hazirlasan-oneplus-13-un-ekran-ozellikleri-aciqlanib
    Hazırlanan OnePlus 13R-in bəzi texniki imkanları açıqlanıb
    hazirlanan-oneplus-13r-in-bezi-texniki-imkanlari-aciqlanib
    Büdcəli OnePlus Nord Buds 3 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    budceli-oneplus-nord-buds-3-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    Hələ təqdim olunmamış OnePlus 13 smartfonu Geekbench-də iPhone 16-dan daha yüksək nəticələr sərgiləyib
    hele-teqdim-olunmamis-oneplus-13-smartfonu-geekbench-de-iphone-16-dan-daha-yuksek-neticeler-sergileyib