Ofis işləri üçün LG 34BA85QE monitoru təqdim edilib
Cihazlar+
21.10.2024
Emil Nəcəfov
LG şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni geniş formatlı monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru LG 34BA85QE adlanır. Beləliklə bu yeni monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 34 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 5 millisaniyə təşkil edir. Ekran HDR10 dəstəklidir və sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə HDMI, DisplayPort, USB-C girişlərini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. Monitorun yuxarı hissəsinə üstəlik veb kamera da quraşdırılıb. Monitor həmçinin mikrofona sahibdir. Bütün bunlar rahat şəkildə video formatda konfranslar keçirtməyə imkan verir. LG 34BA85QE-nin nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
LG hərəkətli ekrana sahib cihaz üzərində çalışmağa davam edir
LG hərəkətli ekrana sahib cihaz üzərində çalışmağa davam edir
LG-nin 2021-ci ildə smartfon biznesindən ayrılmasına baxmayaraq yeni patentə əsasən şirkət hərəkətli ekrana sahib cihaz üzərində çalışmağa davam edir.
LG şirkəti, elektrikli avtomobillərin batareyalarındakı yanma problemini həll edən bir material hazırlayıb!
LG şirkəti, elektrikli avtomobillərin batareyalarındakı yanma problemini həll edən bir material hazırlayıb!
LG Chem, batareyalardakı istilik sızmasının qarşısını ala bilən yeni bir material hazırladığını elan edib. Batareyalardakı istilik sızmasının qarşısını almaq təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir
Həm ofis işləri həm də kompüter oyunları üçün nəzərdə tutulmuş LG 27UP550N monitoru təqdim edilib - QİYMƏTİ
Həm ofis işləri həm də kompüter oyunları üçün nəzərdə tutulmuş LG 27UP550N monitoru təqdim edilib - QİYMƏTİ
LG şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru LG 27UP550N adlanır.
LG, quru örtük texnologiyası ilə batareya xərclərini 30% azaldacaq!
LG, quru örtük texnologiyası ilə batareya xərclərini 30% azaldacaq!
LG, 2028-ci ilə qədər batareya istehsalının xərclərini azaldacaq mühüm texnologiya olaraq görülən quru örtük texnologiyasını, kommersiyalaşdırmağı planlaşdırır.
Nazik və yüngül LG Gram SuperSlim 2024 noutbuku təqdim edilib - QİYMƏTİ
Nazik və yüngül LG Gram SuperSlim 2024 noutbuku təqdim edilib - QİYMƏTİ
LG şirkəti özünün Gram adlı nazik və yüngül noutbuklar seriyasını yeni model ilə genişləndirib. Şirkətin bu seriyaya daxil olan yeni noutbuku LG Gram SuperSlim 2024 adlanır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!