Mütəxəssislər Apple Vision Pro-nu hissələrə ayırıblar (VİDEO)
Cihazlar+
05.02.2024
Emil Nəcəfov
Apple şirkətinin Vision Pro adlı qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazı artıq rəsmi olaraq satışdadır. iFixit saytının mütəxəssisləri isə Vision Pro-nu əldə edərək onu hissələrə ayırıblar. Nəticədə cihazın daxili konstruksiyası ilə yaxından tanış olmaq mümkün olub. Məlum olub ki, Vision Pro-nun ekranı bir neçə qoruyucu şüşə layına sahibdir. Birinci lay cihazın xaricində ön hissədə yerləşir. İkinci lay isə birincinin altındadır. İkinci laydan sonra məhz ekran gəlir. Cihazın ekranı qeyri-adidir və linzalar ilə əhatə olunub.
Həmin linzalar kənar şəxs üçün Vision Pro istifadəçisinin gözlərinin 3D effektlərini yaratmağa imkan verirlər. Mütəxəssislər bildiriblər ki, ekrandan öncə gələn xarici şüşə laylarını zədələmədən onları ayırmaq ya çox qəlizdir ya da ümumiyyətlə mümkün deyil. Cihazda çoxlu sayda naqilin və komponentlərin olduqlarını nəzərə alsaq onun hissələrə ayrılması prosesinin növbəti mərhələləri heç də asan deyil. Belə ki, naqillər ilə müxtəlif komponentlər cihaz konstruksiyasında çox sıx şəkildə yerləşirlər. iFixit mütəxəssisləri Vision Pro-nun təmir olunma mümkünlüyünü hələ qiymətləndirməyiblər. Cihazın spesifik olduğunu nəzərə alsaq çətin ki, onlar bu mövzuda bir qiymətləndirmə versinlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple DVD-ROM-lu MacBook Pro-nun dəstəyini rəsmi şəkildə dayandırıb
Apple DVD-ROM-lu MacBook Pro-nun dəstəyini rəsmi şəkildə dayandırıb
Apple DVD-ROM-a sahib son MacBook noutbukunu 7 il bundan öncə satışa çıxartmışdı.
MacBook-lar üçün Face ID texnologiyası hazırlanır
MacBook-lar üçün Face ID texnologiyası hazırlanır
İnsayderlər Apple şirkətinin MacBook noutbukları üçün nəzərdə tutulmuş Face ID texnologiyasına dair yeni patent sənədlərini internetdə aşkar ediblər.
Bütün dünyada aktiv Apple cihazlarının sayı 2 milyardı keçib
Bütün dünyada aktiv Apple cihazlarının sayı 2 milyardı keçib
Apple şirkəti 2024-cü ilin birinci rüb üzrə maliyyə göstəriciləri ilə bağlı hesabatını təqdim edib.
Apple ilk qatlana bilən cihazı üzərində artıq çalışır
Apple ilk qatlana bilən cihazı üzərində artıq çalışır
Koreyanın The Elec saytının vermiş olduğu məlumata əsasən Apple hal-hazırda öz ilk qatlana bilən cihazı üzərində çalışır.
Qualcomm iPhone-lar üçün 5G modem mövzusunda Apple ilə müqaviləsini uzadıb
Qualcomm iPhone-lar üçün 5G modem mövzusunda Apple ilə müqaviləsini uzadıb
Qualcomm şirkətinin CEO-su Cristiano Amon iPhone smartfonlarının 5G modemlər ilə təmin olunmaları mövzusunda Apple şirkətilə müqavilənin uzadıldığını elan edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!