main-post-cover

    Microsoft iki istiqamətdə qatlana bilən cihazı hazırlamağı planlaşdırırmış

    Cihazlar+
    03.10.2024
    Emil Nəcəfov
         ABŞ Ticarət Nişanları və Patentləri Bürosu, Microsoft şirkətinin üfüqi qatlanma mexanizminə sahib cihazını əhatə edən 38 səhifəlik sənədi bölüşüb. Görünür, Microsoft zamanında həm daxili həm də xarici istiqamətə qatlana bilən smartfonun hazırlanmasını planlaşdırırmış. Məlumata əsasən Microsoft bu patent sorğusunu hələ 2021-ci ilin fevral ayında göndərib. Patent barəsində olan tam mətn isə indi ortaya çıxıb. Patent məlumatında qeyd edilib ki, cihaz üçün xarici ekran nəzərdə tutulmayıb. Lakin bu, cihazın daxili ekranının iki istiqamətdə qatlana bilməsi ilə kompensasiya olunur. Patent sorğusunun göndərildiyi müddəti nəzərə alsaq, güman etmək olar ki, onda Microsoft Duo 3 smartfonu əks olunub. Qeyd etmək lazımdır ki, birinci nəsil Microsoft Duo 2020-ci ildə, Microsoft Duo 2 isə 2021-ci ildə satışa çıxmışdı.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Microsoft AR cihazı HoloLens 2-nin istehsalını dayandırıb
    microsoft-ar-cihazi-hololens-2-nin-istehsalini-dayandirib
    Microsoft-un potensial portativ oyun konsolu AMD prosessorunu əldə edə bilər
    microsoft-un-potensial-portativ-oyun-konsolu-amd-prosessorunu-elde-ede-biler
    Windows 11 kompüterlərin artıq 1/3 hissəsində çalışır
    windows-11-komputerlerin-artiq-13-hissesinde-calisir
    Microsoft öz əməliyyat sistemində Windows Control Panel-dən imtina edəcək
    microsoft-oz-emeliyyat-sisteminde-windows-control-panel-den-imtina-edecek
    Microsoft, dəstəklənməyən sistemlərdə Windows 11 quraşdırılmasını blok etməyə başlayıb!
    microsoft-desteklenmeyen-sistemlerde-windows-11-qurasdirilmasini-blok-etmeye-baslayib