Məşhur insayder Samsung Galaxy Z Flip 6-nın yeni keyfiyyətli render fotolarını təqdim edib
Cihazlar+
29.02.2024
Emil Nəcəfov
Dünən OnLeaks ləqəbli məşhur insayder qatlana bilən Galaxy Z Fold 6 smartfonunun keyfiyyətli render fotolarını təqdim etmişdi. İndi isə o, Smartprix saytı ilə birlikdə qatlana bilən qapaqlı Galaxy Z Flip 6 smartfonunun keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş fotolardan da görmək olar ki, sözügedən smartfon ön paneldən və ümumilikdə gövdə dizaynı baxımından adi Galaxy S24-ü xatırladacaq. Smartfonun arxa panelində isə xarici ekran yerləşəcək. İnsayder bildirib ki, Galaxy Z Flip 6 smartfonu 6.7 düym daxili ekran və 3.4 düym xarici ekran ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan Galaxy Z Flip 5 də həmin ölçülü ekranlara sahibdir. Gözləntilərə əsasən Galaxy Z Flip 6 Snapdragon 8 Gen 3 for Galaxy prosessoru vasitəsilə çalışacaq və özündə 4000 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Növbəti Samsung Galaxy Unpacked təqdimat tədbirinin nə zaman baş tutacağı məlum olub
Növbəti Samsung Galaxy Unpacked təqdimat tədbirinin nə zaman baş tutacağı məlum olub
Samsung şirkəti öz yeni qatlana bilən Galaxy Z Fold 6 və Z Flip 6 smartfonlarını Galaxy Unpacked tədbiri çərçivəsində təqdim etməlidir.
Samsung Galaxy Tab S6 Lite (2024) planşetinin bəzi özəllikləri məlum olub
Samsung Galaxy Tab S6 Lite (2024) planşetinin bəzi özəllikləri məlum olub
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung bəzi köhnə cihazlarını bu il yenilənmiş versiyada satışa çıxaracaq. Onların arasında Galaxy Watch 4 smart saatı və Galaxy Tab S6 Lite planşeti olmalıdırlar.
Məşhur insayder Samsung Galaxy Z Fold 6-nın yeni keyfiyyətli render fotolarını təqdim edib
Məşhur insayder Samsung Galaxy Z Fold 6-nın yeni keyfiyyətli render fotolarını təqdim edib
OnLeaks ləqəbli məşhur insayder SmartPrix saytı ilə birgə qatlana bilən Galaxy Z Fold 6 smartfonunun yeni keyfiyyətli render fotolarını təqdim edib.
Samsung Galaxy Ring smart üzüyünün yeni təfərrüatları məlum olub
Samsung Galaxy Ring smart üzüyünün yeni təfərrüatları məlum olub
Samsung şirkəti MWC 2024 sərgisi çərçivəsində Galaxy Ring smart üzüyünü sərgilədi.
İnsayderlər Samsung Galaxy Z Fold 6-nın bəzi texniki göstəricilərini açıqlayıblar
İnsayderlər Samsung Galaxy Z Fold 6-nın bəzi texniki göstəricilərini açıqlayıblar
İnsayderlər bu ilin ikinci yarısında təqdim olunacağı gözlənilən qatlana bilən Galaxy Z Fold 6 smartfonunun texniki imkanları barəsində növbəti məlumatları təqdim ediblər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!