main-post-cover

    M4 prosessorlu MacBook Air təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    05.03.2025
    Emil Nəcəfov
         Apple şirkəti rəsmi olaraq M4 prosessorlu yeni MacBook Air-i təqdim etdi. Yeni MacBook Air əvvəlki nəsillə müqayisədə əhəmiyyətli performans artımı təmin edən M4 prosessoru ilə təchiz edilib. Apple-ın açıqlamasına görə, M4 prosessoru M1-dən 2 dəfə, Intel əsaslı ən sürətli MacBook Air-dən isə 23 dəfə daha sürətlidir. M4 prosessoru 10 nüvəli CPU, maksimum 10 nüvəli GPU 32 GB-a qədər UM (Unified Memory) dəstəyi ilə təchiz olunub.
         MacBook Air iki versiyada təqdim olunub. Birinci versiya 2560x1664 piksel keyfiyyətli 13.6 düym ölçülü ekranla, ikinci versiya isə 2880x1864 piksel keyfiyyətli 15.3 düym ölçülü Liquid Retina ekranla təchiz olunub. Hər iki versiyada ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir. Noutbuk özündə 12 MP-lik veb kameranı və 2 TB-a kimi SSD-ni birləşdirir. M4 vasitəsilə çalışan yenilənmiş MacBook Air modeli Wi-Fi 6EBluetooth 5.3 dəstəyini əldə edib. Yeni MacBook Air modeli 12 mart tarixində satışa çıxacaq. Onun qiyməti isə 999$-dan start götürəcək.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Donald Trump-ın fəaliyyəti texnoloji şirkətlərin böyük həcmdə bazar dəyərini itirmələrinə səbəb olub
    donald-trump-in-fealiyyeti-texnoloji-sirketlerin-boyuk-hecmde-bazar-deyerini-itirmelerine-sebeb-olub
    Apple Britaniyanın iCloud-da backdoor yerləşdirilməsi tələbi ilə bağlı məhkəməyə müraciət edib
    apple-britaniyanin-icloud-da-backdoor-yerlesdirilmesi-telebi-ile-bagli-mehkemeye-muraciet-edib
    11-ci nəsil adi iPad təqdim edilib - QİYMƏTİ
    11-ci-nesil-adi-ipad-teqdim-edilib-qiymeti
    iPad Air 2025 planşeti təqdim edilib - QİYMƏTİ
    ipad-air-2025-planseti-teqdim-edilib-qiymeti
    Apple bu həftə yeni MacBook Air noutbuklarını təqdim edəcək
    apple-bu-hefte-yeni-macbook-air-noutbuklarini-teqdim-edecek