
Lenovo ThinkVision T34WD-40 monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
23.06.2025
Emil Nəcəfov
Lenovo şirkəti müxtəlif media kotentləri ilə işləmək üçün nəzərdə tutulmuş yeni ultrageniş monitorunu təqdim edib. Bu yeni monitor Lenovo ThinkVision T34WD-40 adlanır. Beləliklə bu yeni monitor 120 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 34 düym ölçülü VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 4 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4, USB-A və USB-C girişlərini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 96 vatt çıxış gücünə sahibdir. Lenovo ThinkVision T34WD-40 artıq Çində satışa çıxıb və onun qiyməti 390$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Lenovo Legion R7000P (2025) gaming noutbuku təqdim edilib - QİYMƏTİ

Lenovo Legion R7000P (2025) gaming noutbuku təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti özünün Legion R7000P gaming noutbukunun yenilənmiş versiyasını təqdim edib. Lenovo Legion R7000P (2025) noutbuku AMD prosessoruna, NVIDIA videokartına və təkmilləşdirilmiş soyutma sisteminə sahib olması ilə seçilir.
Lenovo Legion 9i Gen 10 gaming noutbuku təqdim edilib

Lenovo Legion 9i Gen 10 gaming noutbuku təqdim edilib
Lenovo şirkəti Legion 9i Gen 10 adlı yeni gaming noutbukunu təqdim edib. Bu yeni gaming noutbuk ən son flaqman GeForce RTX videokartına sahib olması ilə seçilir.
Orta büdcəli Lenovo ThinkVision T24-40 monitoru təqdim edilib - QİYMƏTİ

Orta büdcəli Lenovo ThinkVision T24-40 monitoru təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti media fayllar ilə çalışmaq və ofis işləri üçün nəzərdə tutulmuş yeni orta büdcəli monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru Lenovo ThinkVision T24-40 adlanır.
Lenovo Legion Y700 (2025) gaming planşetinin əsas texniki imkanları rəsmi şəkildə açıqlanıb

Lenovo Legion Y700 (2025) gaming planşetinin əsas texniki imkanları rəsmi şəkildə açıqlanıb
Lenovo şirkəti yaxın zamanda öz yeni gaming planşetini təqdim edəcək. Söhbət, 4-cü nəsil Lenovo Legion Y700 planşetindən gedir. İndi isə şirkət sözügedən planşetin əsas texniki imkanlarını rəsmi şəkildə açıqlayıb.
Lenovo Legion Y700 (2025) gaming planşeti təqdimata hazırlaşır

Lenovo Legion Y700 (2025) gaming planşeti təqdimata hazırlaşır
Lenovo yeni nəsil gaming planşeti olan Legion Y700 (2025) modelini anons edib. Bu cihaz ötən ilki modelin yenilənmiş versiyası olacaq.
Həftənin xəbərləri

