main-post-cover

    Lenovo Legion R7000 adlı yeni gaming noutbuk təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    08.12.2023
    Emil Nəcəfov
         Lenovo şirkəti Legion brendi altında yeni gaming noutbukunu təqdim edib. Təqdim edilmiş gaming noutbuku Lenovo Legion R7000 adını əldə edib. Sözügedən noutbuk AMD prosessorunu, NVIDIA videokartını, keyfiyyətli ekranı və böyük həcmli SSD-ni əldə edib. Beləliklə Lenovo Legion R7000 noutbuku 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 15.6 düym ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit təşkil edir və o, sRGB rəng diapazonunun 100%-ni əhatə edir.
         Noutbuk AMD Ryzen 7 7840H prosessoru vasitəsilə çalışır və özündə 8 GB-lıq VRAM-a sahib NVIDIA GeForce RTX 4060 videokartını birləşdirir. Bununla yanaşı yeni gaming noutbuku DDR5 standartlı 16 GB RAM 512 GB SSD ilə təchiz olunub. Noutbuk üstəlik 100 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir. Lenovo Legion R7000 noutbuku 11 dekabr tarixində Çində satışa çıxacaq və 910$-a satılacaq. Noutbukun qlobal bazarda satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Lenovo Xiaoxin 25 adlı yeni büdcəli monitorunu təqdim edib - QİYMƏTİ
    lenovo-xiaoxin-25-adli-yeni-budceli-monitorunu-teqdim-edib-qiymeti
    Lenovo Tab M11 adlı yeni planşetini satışa çıxartmağa hazırlaşır
    lenovo-tab-m11-adli-yeni-plansetini-satisa-cixartmaga-hazirlasir
    Motorola gövdəsi və ekranı əyilə bilən konseptual smartfonu sərgiləyib (VİDEO)
    motorola-govdesi-ve-ekrani-eyile-bilen-konseptual-smartfonu-sergileyib-video
    165 Hz-lik təsvir yenilənməsinə sahib Lenovo Legion R27q gaming monitoru təqdim edilib - QİYMƏTİ
    165-hz-lik-tesvir-yenilenmesine-sahib-lenovo-legion-r27q-gaming-monitoru-teqdim-edilib-qiymeti