Kindle-ə yeni AI funksiyası əlavə olunub
Cihazlar+
15.12.2025
Sevinc Miralızadə
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Amazon Kindle istifadəçiləri üçün yeni süni intellekt əsaslı funksiya təqdim edib. “Ask this Book” adlanan bu imkan oxuculara kitabı bağlamadan, oxuduqları hissə ilə bağlı suallar verməyə və spoylersiz cavablar almağa şərait yaradır.
Funksiya ilk dəfə sentyabrda Amazon-un təqdimat tədbirində elan edilsə də, artıq ABŞ-də Kindle iOS tətbiqi üzərindən istifadəyə verilib. Amazon-un açıqlamasına görə, bu imkan minlərlə ingilis vdilli bestseller Kindle kitabında aktivdir və yalnız oxucunun hazırda gəldiyi hissəyə qədər olan məlumatları açıqlayır. İstifadə qaydası olduqca sadədir: oxuduğunuz kitabda istənilən hissəni seçərək süjet, personajlar və ya vacib detallarla bağlı sual verə bilərsiniz. AI köməkçi isə ani, kontekstual və spoylersiz cavab təqdim edir. Hətta əlavə suallar vermək də mümkündür.
Bununla belə, funksiya müəlliflər və nəşriyyatlar arasında mübahisə doğurub. Amazon bildirir ki, “Ask this Book” funksiyası avtomatik aktivdir və müəlliflərin və ya nəşriyyatların bu funksiyanı deaktiv etmək imkanı yoxdur. Bu isə artıq AI texnologiyalarına qarşı açılan müəllif hüquqları ilə bağlı məhkəmə iddiaları fonunda əlavə suallar yaradır. Xüsusilə də New York Times və Chicago Tribune-un Perplexity-yə qarşı iddiaları bu mövzunun nə qədər həssas olduğunu göstərir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Trump süni intellektə dair fərman imzalayıb
Trump süni intellektə dair fərman imzalayıb
Trump-ın yeni fərmanı süni intellekt tənzimləmələrini federal səviyyədə mərkəzləşdirərək ştatların sərt AI qanunlarını zəiflətməyi hədəfləyir.
Adobe-nin AI strategiyası şirkəti rekord gəlirə çatdırdı
Adobe-nin AI strategiyası şirkəti rekord gəlirə çatdırdı
Adobe-nin generativ süni intellektə etdiyi böyük yatırım şirkətin maliyyə nəticələrində özünü göstərməyə başlayıb. Səhmlərinin bu il 37 faizdən çox ucuzlaşmasına baxmayaraq, Adobe 2025-ci maliyyə ili üçün rekord həcmdə, 23,77 milyard dollar gəlir açıqlayıb.
Meta yeni AI modeli üçün ödənişli giriş planlaşdırır
Meta yeni AI modeli üçün ödənişli giriş planlaşdırır
Meta “Avocado” adlı yeni AI modelini yalnız ödənişlə təqdim etməyi nəzərdən keçirərək illərdir davam etdiyi açıq mənbə yanaşmasını dəyişdirir.
ABŞ ştatları AI şirkətlərindən təhlükəsizlik standartlarını gücləndirməyi tələb edir
ABŞ ştatları AI şirkətlərindən təhlükəsizlik standartlarını gücləndirməyi tələb edir
ABŞ ştatlarının baş prokurorları AI şirkətlərinə psixoloji zərər yarada bilən cavabları aradan qaldırmaq üçün sərt təhlükəsizlik tədbirləri tətbiq etmələri barədə ciddi xəbərdarlıq edib.
Nvidia çiplərin yerini izləyən proqramı sınaqdan keçirir
Nvidia çiplərin yerini izləyən proqramı sınaqdan keçirir
Nvidia Çinlə bağlı qaçaqmalçılıq iddiaları fonunda yeni Blackwell çipləri üçün yer izləmə proqramını sınaqdan keçirdiyini bildirir.
Həftənin xəbərləri