main-post-cover

    Kameraya sahib Apple Watch layihəsi ləğv edilib

    Cihazlar+
    23.05.2025
    Emil Nəcəfov
         Apple şirkəti 2027-ci ildə satışa çıxarılması planlaşdırılan kameralı Apple Watch modelinin hazırlanmasını dayandırıb. Bu barədə Bloomberg məlumat yayıb. İstifadəçinin ətraf mühitini qeydə almaq üçün nəzərdə tutulan kameraya sahib yeni Apple Watch və Apple Watch Ultra modelləri artıq hazırlanmayacaq. Layihə bu həftə etibarilə bağlanıb. Qeyd olunan kamera FaceTime zəngləri və ya şəkil çəkmək üçün deyil, istifadəçilərə ətrafdakı obyektlər və məkanlar haqqında məlumat təqdim etmək məqsədi daşıyırdı. Məsələn, saat restoranların iş vaxtını göstərə, bitkiləri tanıya, əşyaları təsvir edə və ya mətnləri tərcümə edə bilərdi.
         Bu funksiya, kameranın yönəldiyi obyektləri analiz edən iPhone-da istifadə olunan Visual Intelligence süni zəka texnologiyasına bənzəyirdi. Apple bu cür Apple Watch modellərinin buraxılışını dayandırsa da, şirkət kiçik kameralara sahib AirPods üzərində işləməyə davam edir. Ehtimal olunur ki, bu kameralar infraqırmızı sensorlar olacaq və məkan səsini yaxşılaşdırmaq, havada jestlərlə idarəetmə və süni zəka funksiyalarını dəstəkləmək üçün istifadə olunacaq. Apple Watch-da kamera üzərində işin dayandırılmasının səbəbləri hələ açıqlanmayıb, lakin texnologiyanın gələcəkdə yenidən tətbiq olunması istisna edilmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Donald Trump Apple şirkətini 25%-lik gömrük rüsumu ilə hədələyib
    donald-trump-apple-sirketini-25-lik-gomruk-rusumu-ile-hedeleyib
    Apple öz smart eynəyini 2026-cı ilin sonuna kimi təqdim edə bilər
    apple-oz-smart-eyneyini-2026-ci-ilin-sonuna-kimi-teqdim-ede-biler
    Apple iPhone 7 Plus və iPhone 8-i vintaj cihazlar siyahısına daxil edib
    apple-iphone-7-plus-ve-iphone-8-i-vintaj-cihazlar-siyahisina-daxil-edib
    Bütün dünyada oğurlanan iPhone-ların əksəriyyəti nəticədə Çindəki bir binada toplanır
    butun-dunyada-ogurlanan-iphone-larin-ekseriyyeti-neticede-cindeki-bir-binada-toplanir
    Tərtibatçılar kütləvi şəkildə App Store-dan uzaqlaşırlar
    tertibatcilar-kutlevi-sekilde-app-store-dan-uzaqlasirlar