main-post-cover

    iiPhone 17 Pro və iPhone 17 Pro Max-ın dizaynı barəsində ilk məlumatlar verilib

    Cihazlar+
    26.11.2024
    Emil Nəcəfov
         Apple şirkəti gələn il iPhone 17 seriyasını təqdim edəcək. Bu seriyaya ənənə üzrə iPhone 17 Pro iPhone 17 Pro Max modelləri daxil olacaqlar. İndi isə The Information saytı iPhone 17 Pro modellərinin dizaynları barəsində ilk məlumatları təqdim edib. Beləliklə təqdim edilmiş məlumatlara əsasən iPhone 17 Pro modelləri uzun müddət fasilədən sonra alüminium materialdan hazırlanmış gövdə ətrafı çərçivəni əldə edəcəklər.
         Qeyd etmək lazımdır ki, daha öncə iPhone Pro modellərində paslanmaz poladdan hazırlanmış gövdə ətrafı çərçivədən istifadə edilirdi. Lakin iPhone 15 Pro modellərindən başlayaraq Apple titan materialdan hazırlanmış gövdə ətrafdı çərçivəyə keçid etdi. İndi isə görünür, Apple alüminium materiala geri dönmək qərarına gəlib. Məlumatda qeyd edilib ki, iPhone 17 Pro modellərində arxa panel hissəsi alüminium ilə şüşənin kombinasiya edilmiş konstruksiyası reallaşdırılacaq. Arxa panelin yuxarı hissəsi tamamilə alüminiumdan, aşağı hissəsi isə naqilsiz şarj texnologiyasının dəstəyi səbəbilə şüşədən təşkil ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Növbəti iPhone SE-nin gələn ilin birinci rübündə təqdim olunacağı planlaşdırılır
    novbeti-iphone-se-nin-gelen-ilin-birinci-rubunde-teqdim-olunacagi-planlasdirilir
    Apple, iOS 19 üçün yenilənmiş Siri üzərində çalışır
    apple-ios-19-ucun-yenilenmis-siri-uzerinde-calisir
    iPhone 17 Air (iPhone 17 Slim) bir qədər fərqli dizaynı əldə edə bilər
    iphone-17-air-iphone-17-slim-bir-qeder-ferqli-dizayni-elde-ede-biler
    Müxtəlif ölkələrdə məşhur olan smartfon modellərinin reytinqi təqdim edilib
    muxtelif-olkelrede-meshur-olan-smartfon-modellerinin-reytinqi-teqdim-edilib
    Bütün iPhone 17 modellərinin texniki imkanları barəsində qeyri-rəsmi məlumatlar təqdim edilib
    butun-iphone-17-modellerinin-texniki-imkanlari-baresinde-qeyri-resmi-melumatlar-teqdim-edilib