iPhone 17 Pro smartfonları 2 nanometrlik prosessora sahib ilk smartfonlar olacaqlar
Cihazlar+
22.04.2024
Farid Pardashunas
Bir neçə il bundan öncə TSMC şirkəti bildirmişdi ki, o, 2 nanometrlik prosessorların kütləvi istehsalını 2025-ci il üçün planlaşdırır. Ortaya çıxmış yeni məlumata əsasən isə Apple şirkətinin gələn il təqdim edəcəyi iPhone 17 Pro smartfonları TSMC şirkətinin 2 nanometrlik prosessorunu əldə edəcək ilk smartfonlar olacaqlar. Son məlumatlara əsasən TSMC 2 nanometrlik prosessorların 2025-ci ildəki kütləvi istehsalına hazırlıq mərhələsindədir.
Gözləntilərə əsasən Apple həmin prosessorları əldə edəcək ilk şirkət olacaq. Qeyd etmək lazımdır ki, keçən il təqdim olunmuş iPhone 15 Pro və iPhone 15 Pro Max modellərində istifadə edilən A17 Pro prosessoru TSMC-nın 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanıb və onu ilk əldə etmiş şirkət də məhz Apple oldu. Bundan əlavə olaraq Samsung da gələn il üçün 2 nanometrlik prosessorların istehsalını planlaşdırır. Gözləntilərə əsasən Qualcomm-un gələn il təqdim edəcəyi Snapdragon 8 Gen 5 prosessoru məhz Samsung-un 2 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple özünün böyük dil modeli üzərində çalışır
Apple özünün böyük dil modeli üzərində çalışır
Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın vermiş olduğu məlumata əsasən Apple şirkəti aktiv şəkildə özünün böyük dil modeli (Large Language Model / LLM) üzərində çalışır.
Böyük ekranlı yeni iPad Air-in ekran texnologiyası məlum olub
Böyük ekranlı yeni iPad Air-in ekran texnologiyası məlum olub
Apple şirkəti yaxın zamanda yeni iPad planşetlərini təqdim edəcək və onların arasında yeni iPad Air modeli də olacaq.
iPhone 17 Plus-ın ekranı iPhone 15 Plus-ın ekranından daha kkiçik ola bilər
iPhone 17 Plus-ın ekranı iPhone 15 Plus-ın ekranından daha kkiçik ola bilər
Apple şirkəti hələ iPhone 16 smartfon seriyasını təqdim etmədiyi bir vaxtda internetdə artıq iPhone 17 barəsində məlumatlar ortaya çıxmağa başlayır.
iPhone 16 Pro-da minimal daxili yaddaş həcmi 128 GB olmayacaq
iPhone 16 Pro-da minimal daxili yaddaş həcmi 128 GB olmayacaq
Bu ilin sentyabr ayında Apple şirkəti iPhone 16 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya ənənə üzrə iPhone 16 Pro modeli daxil olacaq.
Apple şirkətinə qarşı 1 milyard dollar dəyərində məhkəmə iddiası qaldırılıb
Apple şirkətinə qarşı 1 milyard dollar dəyərində məhkəmə iddiası qaldırılıb
Apple şirkətini növbəti məhkəmə işi gözləyir. Səbəb isə şirkətin App Store platformasına yerləşdirilən tətbiqlərin tərtibatçıları üçün təyin olunmuş yüksək komissiya məbləği və şirkətin monopoliyasıdır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ