main-post-cover

    iPhone 17 Pro Max-da Dynamic Island-ın ölçüsü daha kiçik ola bilər

    Cihazlar+
    25.10.2024
    Emil Nəcəfov
          Apple şirkəti iPhone 17 smartfon seriyasını gələn il təqdim edəcək. Lakin bununla belə sözügedən seriya barəsində artıq tədricən məlumatlar ortaya çıxır. iPhone 17 seriyasına ənənə üzrə daxil olacaq modellərdən biri də iPhone 17 Pro Max olacaq. Bu modelin dizaynında isə müəyyən dəyişikliklərin olacağı gözlənilir. Belə ki, Macrumors saytının vermiş olduğu məlumata əsasən iPhone 17 Pro Max smartfonu öz ekranı üzərində daha kiçik ölçülü Dynamic Island çıxıntısını əldə edə bilər. Məlumata əsasən Apple iPhone 17 Pro Max-da Face ID texnologiyası üçün yeni metalik texnologiyalardan istifadə edəcək.
         Bu isə öz növbəsində Dynamic Island çıxıntısının ölçüsünü kiçiltmək imkanını verəcək. Metalik texnologiyalar dedikdə metal linzalardan söhbət gedir. Metal linzalar nanostruktur əsasında çalışırlar və şüşə linzaları əvəz edirlər. Lakin şirkətin iPhone 17 Pro Max-da bu texnologiyanı necə tətbiq edəcəyi aydın deyil. Digər bir mənbəyə əsasən şirkət iPhone 17 Pro Max-da LTPO3 ekranları tətbiq edə bilər. Bu ekranlar artıq Apple Watch 10-da özlərini yaxşı tərəfdən göstəriblər. Bu ekranlar daha yaxşı bucaq əhatəsini və yüksək enerji effektivliyini təmin edə bilərlər. Bu isə öz növbəsində iPhone 17 Pro Max-ın bir dəfə şarj olunandan sonra daha uzun müddət ərzində çalışmasına səbəb ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple növbəti iPhone SE-nin istehsalına başlamağa hazırlaşır
    apple-novbeti-iphone-se-nin-istehsalina-baslamaga-hazirlasir
    Apple, iPhone 16 istehsalını 10 milyon azaldıb!
    apple-iphone-16-istehsalini-10-milyon-azaldib
    Apple Mail tətbiqi illər sonra yenilənir!
    apple-mail-tetbiqi-iller-sonra-yenilenir
    Apple Vision Pro-nun istehsalı dayandırıla bilər
    apple-vision-pro-nun-istehsali-dayandirila-biler
    Apple, oyun yönümlü App Store üzərində işləyir!
    apple-oyun-yonumlu-app-store-uzerinde-isleyir