iPhone 16 Pro batareyasının ilk fotoları ortaya çıxıb
Cihazlar+
21.11.2023
Emil Nəcəfov
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti öz smartfonları üçün fərdi batareyaların hazırlanmasına hədəflənib. İndi isə internetdə şirkətin fərdi batareyasının hazır prototiplərinin fotoları ortaya çıxıb. Əgər ortaya çıxmış məlumat həqiqəti əks etdirirsə, artıq gələn ilki iPhone 16 smartfonlarından başlayaraq yeni batareyalar hesabına daha təkmilləşdirilmiş soyutma sistemi reallaşdırıla bilər. İnsayderlərin sözlərinə əsasən ortaya çıxmış fotolarda iPhone 16 Pro-nun batareyasının prototipi əks olunub.
Maraqlısı ondadır ki, fotolardakı batareya metal gövdəyə sahibdir. Bu isə öz növbəsində istiliyin daha yaxşı paylanmasına imkan verir. Qrafen plastinlər ilə birlikdə yeni batareya növbəti nəsil iPhone smartfonlarını ciddi qızma problemindən azad etməlidir. Məlumata əsasən Apple şirkətinin bu batareya prototipi 3355 mAh həcmə sahibdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 15 Pro-nun batareya həcmi 3274 mAh təşkil edir. Beləliklə Apple növbəti iPhone Pro-nu qızma problemindən azad etməklə yanaşı onun batareya həcmini də artıra bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple Vision Pro-nun konkret satış müddəti açıqlanıb
Apple Vision Pro-nun konkret satış müddəti açıqlanıb
Apple şirkəti öz ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazı Vision Pro-nu iyun ayında baş tutmuş WWDC 2023 konfransında təqdim etmişdi.
iPhone 16 və iPhone 16 Plus ekranları 60 Hz-lik təsvir yenilənməsinə sahib olacaqlar
iPhone 16 və iPhone 16 Plus ekranları 60 Hz-lik təsvir yenilənməsinə sahib olacaqlar
Gələn il təqdim olunacaq iPhone 16 smartfon seriyasına daxil olacaq iPhone 16 və iPhone 16 Plus modellərinin ekranları çox güman ki, 60 Hz-lik təsvir yenilənməsinə sahib olacaqlar.
Apple bir qədər fərqli dizayna sahib birinci nəsil Watch Ultra-nın prototipini test edirmiş
Apple bir qədər fərqli dizayna sahib birinci nəsil Watch Ultra-nın prototipini test edirmiş
Apple birinci nəsil Watch Ultra smart saatını 2022-ci ildə təqdim etmişdi.
Apple 2027-ci ilə qədər 9 cihazını OLED ekranla təmin edəcək
Apple 2027-ci ilə qədər 9 cihazını OLED ekranla təmin edəcək
Verilmiş yeni məlumata əsasən Apple şirkəti 2027-ci ilə qədər 9 məhsulunu OLED ekranlarla təmin etməyi planlaşdırır.
Apple fərdi 5G modemini daha iki il təxirə salıb
Apple fərdi 5G modemini daha iki il təxirə salıb
Apple artıq bir neçə ildir ki, özünün fərdi 5G modemlərini hazırlamağa çalışır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!