main-post-cover

    İnsayderlər Xiaomi 15 Ultra barəsində yeni məlumatlar veriblər

    Cihazlar+
    29.07.2024
    Emil Nəcəfov
         Xiaomi şirkəti bu il ərzində Xiaomi 15 Xiaomi 15 Pro smartfonlarını, gələn il isə Xiaomi 15 Ultra modelini təqdim etməlidir. İndi isə insayderlər Xiaomi 15 Ultra modeli barəsində yeni məlumatları təqdim ediblər. Beləliklə insayderlərin sözlərinə əsasən Xiaomi 15 Ultra smartfonu 2K keyfiyyətli iki laylı OLED ekranı əldə edəcək. Hal-hazırda bu cür ekran iPad Pro 2024 planşetində istifadə edilir.
         Qeyd etmək lazımdır ki, sözügedən OLED ekran növü HDR kontentlərin əks etdirilməsi halında daha parlaq olur. Bununla yanaşı insayderlər bildiriblər ki, Xiaomi 15 Ultra-nın ən flaqman versiyası 24 GB RAM ilə təchiz olunacaq. Gözləntilərə əsasən smartfon Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaq və özündə 6000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Çox güman ki, Xiaomi 15 Ultra gələn ilin birinci yarısında təqdim ediləcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Redmi Note 14 Pro+ smartfonunun bəzi texniki özəllikləri açıqlanıb
    redmi-note-14-pro-smartfonunun-bezi-texniki-ozellikleri-aciqlanib
    Xiaomi MIX Fold 4 və MIX Flip-in təmir qiymətləri açıqlanıb
    xiaomi-mix-fold-4-ve-mix-flip-in-temir-qiymetleri-aciqlanib
    Xiaomi MIX Fold 4--ün qlobal versiyası ortaya çıxıb
    xiaomi-mix-fold-4-un-qlobal-versiyasi-ortaya-cixib
    Xiaomi 15 Ultra-nın hansı həcmdə batareyaya sahib olacağı açıqlanıb
    xiaomi-15-ultra-nin-hansi-hecmde-batareyaya-sahib-olacagi-aciqlanib
    Xiaomi 14T Pro smartfonu Geekbench testlərindən keçib
    xiaomi-14t-pro-smartfonu-geekbench-testlerinden-kecib