main-post-cover

    Honor X50 GT smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    07.01.2024
    Emil Nəcəfov
         Honor şirkəti Çində Honor X50 GT smartfonunu təqdim edib. Honor-un bu yeni smartfonu böyük ölçülü ekranı, flaqman prosessoru və böyük həcmli batareyası ilə seçilir. Beləliklə Honor X50 GT smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.78 düym OLED ekranla təchiz olunub. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Bununla yanaşı smartfonun gövdəsi IP53 standartı üzrə sudan qorunur və özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini birləşdirir.
         Əsas texniki göstəricilərə gəldikdə isə Honor X50 GT Snapdragon 8+ Gen 1 prosessoru, 12/16 GB RAM, 256/512 GB/1 TB daxili yaddaş həcmi, 108 MP + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 35 vatt gücündə sürətli şarj texnologiyalı 5800 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon qutudan Android 13 vasitəsilə çalışır. Honor X50 GT 9 yanvar tarixində Çin bazarında satışa çıxacaq. Onun qlobal bazarda satılıb-satılmayacağı isə bilinmir. Smartfonun Çin bazarındakı satış qiymətləri aşağıdakı kimi olacaq.
    - 12 GB RAM + 256 GB yaddaş - 309$
    - 16 GB RAM + 512 GB yaddaş - 337$
    - 16 GB RAM + 1 TB yaddaş - 409$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor Magic 6 smartfonunun ön paneli sərgilənib
    honor-magic-6-smartfonunun-on-paneli-sergilenib
    Honor X50 Pro smartfonu təqdim edilib - QİYMƏTİ
    honor-x50-pro-smartfonu-teqdim-edilib-qiymeti
    Honor X50 GT smartfonunun hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə məlum olub
    honor-x50-gt-smartfonunun-hansi-prosessoru-elde-edeceyi-resmi-sekilde-melum-olub
    Məşhur insayder Honor X50 GT-nin bəzi texniki göstəricilərini açıqlayıb
    meshur-insayder-honor-x50-gt-nin-bezi-texniki-gostericilerini-aciqlayib
    Honor X50 GT smartfonunun təqdimatı anons edilib
    honor-x50-gt-smartfonunun-teqdimati-anons-edilib