main-post-cover

    Honor GT Pro flaqman smartfonu təqdim edilib - QİYMəti

    Cihazlar+
    23.04.2025
    Emil Nəcəfov
         Honor şirkəti öz yeni flaqman smartfonu Honor GT Pro-nu təqdim edib. Keçən ilin dekabr ayında təqdim edilmiş Honor GT-nin davamçısı olan bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və 7000 mAh-dan böyük həcmli batareyanı əldə edib. Beləliklə Honor GT Pro smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.78 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 6000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.
         Üstəlik Honor GT Pro-nun gövdəsi IP68/69 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/ 1TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Honor GT Pro özündə 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı və 50 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 7200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor GT Pro artıq Çində satışa çıxıb və onun qiyməti 517$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Mənbə: GSMarena
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli Honor X60 GT smartfonu təqdim olunub - QİYMƏTİ
    orta-budceli-honor-x60-gt-smartfonu-teqdim-olunub-qiymeti
    Təqdimatdan 1 gün qabaq Honor GT Pro-nun prosessoru və batareya həcmi rəsmi şəkildə açıqlanıb
    teqdimatdan-1-gun-qabaq-honor-gt-pro-nun-prosessoru-ve-batareya-hecmi-resmi-sekilde-aciqlanib
    Honor 400 və 400 Pro-nun fotoları ilə texniki imkanları təqdim edilib
    honor-400-ve-400-pro-nun-fotolari-ile-texniki-imkanlari-teqdim-edilib
    Honor Tablet GT planşetinin təqdimatı anons edilib
    honor-tablet-gt-plansetinin-teqdimati-anons-edilib
    Honor GT Pro-nun təqdimatı rəsmi şəkildə anons edilib
    honor-gt-pro-nun-teqdimati-resmi-sekilde-anons-edilib