HMD View smartfonunun render fotosu və texniki göstəriciləri təqdim edilib
Cihazlar+
05.07.2024
Emil Nəcəfov
İnsayderlər HMD Global şirkətinin öz brendi altında hazırladığı smartfonlardan daha birinin fotosunu və bəzi texniki imkanlarını təqdim ediblər. Söhbət, hələ təqdim olunmamış HMD View adlı smartfondan gedir. Təqdim edilmiş fotoda sözügedən smartfonun həm arxa həm də ön paneli əks olunub. Fotoya əsasən HMD View smartfonu yastı gövdəni, ekranı əldə edəcək və onun arxa panelində düzbucaq formalı kamera sahəsi yerləşəcək.
Kamera sahəsinin daxilində isə iki ədəd obyektiv mövcud olacaq. İnsayderlərin sözlərinə əsasən HMD View smartfonu Full HD+ keyfiyyətli OLED ekranı əldə edəcək və Snapdragon 6s Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bundan əlavə olaraq smartfon optik stabilizasiya funksiyalı 50 MP-lik əsas arxa kameraya sahib olacaq və özündə 8 GB RAM ilə 4700 mAh enerji tutumlu batareyanı birləşdirəcək. HMD View-nun nə zaman təqdim olunacağı bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
HMD Global şirkəti Nokia Lumia dizaynında daha bir smartfon üzərində çalışır
HMD Global şirkəti Nokia Lumia dizaynında daha bir smartfon üzərində çalışır
Bir neçə müddət bundan öncə məlum oldu ki, HMD Global şirkətinin öz brendi altında hazırladğı smartfonlardan biri Nokia Lumia dizaynına sahib olacaq. Söhbət, HMD Skyline adlı smartfondan gedir.
HMD Global-ın daha bir yeni büdcəli smartfonunun render fotosu və texniki imkanları təqdim edilib
HMD Global-ın daha bir yeni büdcəli smartfonunun render fotosu və texniki imkanları təqdim edilib
HMD Global şirkətinin öz brendi altında hazırladığı müxtəlif smartfonlar barəsində son günlərdə olduqca çoxlu sayda məlumat ortaya çıxıb.
HMD Global-ın yeni büdcəli planşetinin render fotosu və texniki imkanları təqdim edilib
HMD Global-ın yeni büdcəli planşetinin render fotosu və texniki imkanları təqdim edilib
HMD Global şirkəti Nokia və öz brendi çərçivəsində smartfonlar hazırlamaqla yanaşı üstəlik planşetlər üzərində də çalışır. İndi isə şirkət HMD Tab Lite adlı yeni planşetini təqdim etməyə hazırlaşır.
HMD Global-ın Nokia Lumia dizaynında HMD Skyline smartfonu Geekbench testlərindən keçib
HMD Global-ın Nokia Lumia dizaynında HMD Skyline smartfonu Geekbench testlərindən keçib
Keçən həftə məlum oldu ki, HMD Global şirkəti Nokia Lumia dizaynında yeni fərdi smartfonunu təqdim etməyə hazırlaşır.
HMD Global-ın Ridge Pro adlı yeni smartfonunun render fotosu ilə texniki imkanları ortaya çıxıblar
HMD Global-ın Ridge Pro adlı yeni smartfonunun render fotosu ilə texniki imkanları ortaya çıxıblar
HMD Global şirkətinin öz brendi altında hələ təqdim etmədiyi HMD Ridge adlı smartfonun dünən render fotosu ilə texniki imkanları ortaya çıxmışdılar.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!