main-post-cover

    HMD Global öz brendi altında ilk naqilsiz qulaqlığını hazırlayır

    Cihazlar+
    27.01.2025
    Emil Nəcəfov
         Daha öncə Nokia smartfonlarının istehsalı ilə məşğul olmuş HMD Global şirkəti keçən ildən öz brendi altında smartfonlarını hazırlamağa başladı. Bir neçə müddət bundan öncə isə məlum oldu ki, şirkət Nokia brendi altında bütün smartfonların istehsalından imtina edib. Ortaya çıxmış yeni məlumata əsasən HMD Global şirkəti indi də öz brendi altında ilk naqilsiz qulaqlığı üzərində çalışır. Şirkətin ilk naqilsiz qulaqlığı HMD Ampd Buds adlanacaq. Bu naqilsiz qulaqlıq artıq ABŞ Federal Rabitə Komissiyasında (FCC) qeydiyyatdan keçib. Bunun sayəsində onun real fotoları ortaya çıxıb.
         Ortaya çıxmış real fotolardan da görmək olar ki, HMD Ampd Buds bazara 3 gövdə rəngində satışa çıxacaq. Mavi, qara və çəhrayı. Bu isə öz növbəsində HMD Skyline smartfonunun gövdə rənglərini təkrarlayır. Gözləntilərə əsasən HMD Ampd Buds-ın əsas özəlliklərindən biri onun şarj keysinin gövdəsində maqnit bərkidicinin olacağıdır. Bu halda keysi HMD Global-ın ikitərəfli şarj texnologiyasını dəstəkləyən smartfonunun arxa panelinə yerləşdirərək şarj etmək mümkün olacaq. Hal-hazırda HMD Ampd Buds-ın texniki göstəriciləri barəsində o qədər də ətraflı məlumat yoxdur. Sadəcə olaraq məlumdur ki, qulaqlıqlardan hər biri 35 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bunun sayəsində qulaqlıqların 5 saat ərzində çalışa biləcəkləri gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    HMD Global şirkəti bütün Nokia smartfonlarının istehsalını dayandırdığını elan edib
    hmd-global-sirketi-butun-nokia-smartfonlarinin-istehsalini-dayandirdigini-elan-edib
    Büdcəli HMD Key smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-hmd-key-smartfonu-teqdim-edilib-qiymeti
    HMD Ridge 5G smartfonunun render fotosu və texniki imkanları açıqlanıb
    hmd-ridge-5g-smartfonunun-render-fotosu-ve-texniki-imkanlari-aciqlanib
    HMD Global-ın Orka kod adlı yeni smartfonunun render fotoları və texniki göstəriciləri təqdim edilib
    hmd-global-in-orka-kod-adli-yeni-smartfonunun-render-fotolari-ve-texniki-gostericileri-teqdim-edilib
    Büdcəli HMD Arc smartfonu təqdim edilib
    budceli-hmd-arc-smartfonu-teqdim-edilib