main-post-cover

    Google-un yeni AI eynəkləri 2026-da gəlir

    Cihazlar+
    09.12.2025
    Sevinc Miralızadə
        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Google bu il keçirilən I/O konfransında tanıtdığı "Android XR eynəkləri" haqqında nəhayət daha çox məlumat paylaşıb. Şirkət rəsmi olaraq təsdiqləyib ki, əslində iki fərqli ağıllı eynək üzərində çalışır və hər iki model Samsung, Gentle Monster və Warby Parker ilə əməkdaşlıq çərçivəsində hazırlanır.
    Google AI glasses
        Google-un birinci məhsulu “AI glasses” adlanır və ənənəvi ağıllı eynəklərdən fərqli olaraq, onların heç bir displeyi yoxdur. Bunun əvəzinə eynək daxilindəki kamera, mikrofonlar və səsucaldan vasitəsilə istifadəçiyə Google-un Gemini adlı süni intellekt köməkçisi ilə birbaşa qarşılıqlı əlaqə qurmağa imkan yaradır. Həmçinin eynək vasitəsilə foto çəkmək mümkündür. Bu konsept Meta-nın Ray-Ban AI eynəklərini xatırladır. Google bu modeli gələn il satışa çıxarmağı planlaşdırır.
        Digər məhsul isə texnoloji baxımdan daha diqqət çəkəndir: “display AI glasses”. Bu model ilk dəfə may ayında anons edilmişdi və eynəyin şüşəsinə inteqrasiya olunmuş ekran sayəsində istifadəçiyə şəxsi və gizli şəkildə məlumatlar göstərilə bilər. Buraya real vaxtda naviqasiya göstəriciləri, tərcümə altyazıları və digər vizual məlumatlar daxildir. Google bu model üçün hələlik konkret satış tarixi açıqlamayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Doppl-a AI ilə alış-veriş lenti əlavə edib
    google-doppl-a-ai-ile-alis-veris-lenti-elave-edib
    Meta AI-ı daha dəqiq etmək üçün media şirkətləri ilə razılaşıb
    meta-ai-i-daha-deqiq-etmek-ucun-media-sirketleri-ile-razilasib
    Apple-ın AI problemləri fonunda Çin brendləri bazar payını artırır
    apple-in-ai-problemleri-fonunda-cin-brendleri-bazar-payini-artirir
    Gələcəyin kompüteri necə anti-qəhrəmana çevrildi?
    geleceyin-komputeri-nece-anti-qehremana-cevrildi
    AI və insan yaradıcılığı birlikdə necə işləyir?
    ai-ve-insan-yaradiciligi-birlikde-nece-isleyir