main-post-cover

    Google planşet istehsalından imtina etmiş ola bilər

    Cihazlar+
    22.11.2024
    Emil Nəcəfov
         Bir neçə gün bundan öncə məlumat ortaya çıxdı ki, Google şirkəti artıq aktiv şəkildə Pixel Tablet 2 planşeti üzərində çalışır. Ortaya çıxmış yeni məlumata əsasən hazırlanan bu planşet Google şirkətinin son planşeti ola bilər. Android Headlines saytının məlumatına əsasən onun müxtəlif mənbələri bildiriblər ki, Google yenidən planşet istehsalından imtina etməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, şirkət 2019-cu ildə eyni qərarı vermişdi.
         Lakin buna baxmayaraq 2023-cü ildə Pixel Tablet planşeti təqdim edildi. Yeni məlumata əsasən Google rəhbərliyi Kiyomi kod adına sahib olmuş Pixel Tablet 3 planşetinin hazırlanma prosesini keçən həftə dayandırmaq qərarını verib. Məlumatda qeyd edilib ki, Pixel Tablet 3 layihəsində iştirak etmiş Google əməkdaşları artıq şirkətin digər layihələrinə yönləndirilib. Digər tərəfdən şirkətin gələn il üçün gözlənilən Pixel Tablet 2-dən imtina etməsi ilə bağlı heç bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Android fırıldaqçı zəngləri sizin əvəzinizə cavablayacaq!
    android-firildaqci-zengleri-sizin-evezinize-cavablayacaq
    Google Android vasitəsilə çalışacaq Pixel noutbuku hazırlayır
    google-android-vasitesile-calisacaq-pixel-noutbuku-hazirlayir
    Android 16-nın tərtibatçılar üçün ilk beta testi təqdim edilib
    android-16-nin-tertibatcilar-ucun-ilk-beta-testi-teqdim-edilib
    Google şirkəti ChromeOS ilə Android-i birləşdirməyi planlaşdırır
    google-sirketi-chromeos-ile-android-i-birlesdirmeyi-planlasdirir
    NVIDIA və Google kvant prosessorları üçün əməkdaşlığa başlayıb!
    nvidia-ve-google-kvant-prosessorlari-ucun-emekdasliga-baslayib