main-post-cover

    Google Pixel 10-un ilk render fotoları təqdim edilib

    Cihazlar+
    11.03.2025
    Emil Nəcəfov
         Google şirkəti bu ilin ikinci yarısında Pixel 10 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya daxil olacaq modellərdən biri də adi Pixel 10 olacaq. İndi isə OnLeaks ləqəbli məşhur insayder Pixel 10 smartfonunun ilk render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolardan belə qənaətə gəlmək olar ki, Pixel 10 smartfonu keçən ilki Pixel 9-dan o qədər də fərqlənməyəcək. Lakin Pixel 9 ilə müqayisədə yeni smartfonda vacib bir dəyişiklik olacaq. Fotolardan da görmək olar ki, Pixel 10 smartfonu üçlü arxa kameranı əldə edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Pixel 9 modeli özündə ikili arxa kameranı birləşdirir. Kameralar arxa panelin yuxarı hissəsindəki oval formalı sahənin daxilində yerləşəcəklər. Üstəlik Pixel 10 modeli yastı gövdə dizaynını əldə edəcək. İnsayder bildirib ki, sözügedən smartfon 6.3 düym ölçülü ekranla təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ABŞ hökuməti Google şirkətini Chrome brauzerini satmağa məcbur edəcək
    abs-hokumeti-google-sirketini-chrome-brauzerini-satmaga-mecbur-edecek
    Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
    google-pixel-9a-nin-reklam-fotolari-teqdim-edilib
    YouTube onlayn kazino reklamları ilə mübarizəyə başlayır
    youtube-onlayn-kazino-reklamlari-ile-mubarizeye-baslayir
    Google Search-də süni zəka axtarış rejiminin testinə start verilib
    google-search-de-suni-zeka-axtaris-rejiminin-testine-start-verilib
    Android 16-nın nə zaman istifadəyə veriləcəyi açıqlanıb
    android-16-nin-ne-zaman-istifadeye-verileceyi-aciqlanib