main-post-cover

    Galaxy Z Fold Special Edition-un gövdə qalınlığı və əsas arxa kamera göstəricisi açıqlanıb

    Cihazlar+
    29.08.2024
    Emil Nəcəfov
       Son zamanlarda ortaya çıxmış məlumata əsasən Samsung şirkəti keçən ay təqdim edilmiş qatlana bilən Galaxy Z Fold 6 smartfonunun daha nazik gövdəli versiyasını hazırlayır. Evan Blass adlı məşhur insayder dünən məlumat verdi ki, Galaxy Z Fold 6-nın daha nazik gövdəli versiyası nəticədə Galaxy Z Fold Special Edition adlana bilər. İndi isə o, sözügedən yeni qatlana bilən smartfonun digər özəllikləri barəsində məlumatlar verib.
         Beləliklə insayderin sözlərinə əsasən Galaxy Z Fold Special Edition-un qatlanmış vəziyyətdə qalınlığı 10.6 mm, tam açıq vəziyyətdə qalınlığı isə 4.9 mm təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, adi Galaxy Z Fold 6-nın qatlanmış vəziyyətdə qalınlığı 12.1 mm, tam açıq vəziyyətdə qalınlığı isə 5.6 mm təşkil edir. Bununla yanaşı insayder qeyd edib ki, Galaxy Z Fold Special Edition smartfonu Galaxy S24 Ultra-da olduğu kimi 200 MP-lik əsas arxa kameranı əldə edəcək. Galaxy Z Fold Special Edition-un yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S25 Ultra-nın gövdə qalınlığı və əsas arxa kamerası barəsində məlumat verilib
    samsung-galaxy-s25-ultra-nin-govde-qalinligi-ve-esas-arxa-kamerasi-baresinde-melumat-verilib
    Samsung Galaxy Z Fold 6-nın daha nazik gövdəli versiyası fərqli ad ilə satışa çıxa bilər
    samsung-galaxy-z-fold-6-nin-daha-nazik-govdeli-versiyasi-ferqli-ad-ile-satisa-cixa-biler
    Təqdimata hazırlaşan büdcəli Samsung Galaxy F05-in render fotoları təqdim edilib
    teqdimata-hazirlasan-budceli-samsung-galaxy-f05-in-render-fotolari-teqdim-edilib
    Samsung Galaxy S25 Ultra-nın ön panelini əks etdirən yeni render fotolar təqdim edilib
    samsung-galaxy-s25-ultra-nin-on-panelini-eks-etdiren-yeni-render-fotolar-teqdim-edilib
    Samsung-un VR cihazı Geekbench-in məlumatlar bazasında ortaya çıxıb
    samsung-un-vr-cihazi-geekbench-in-melumatlar-bazasinda-ortaya-cixib