Galaxy A15 büdcəli smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
15.11.2023
Emil Nəcəfov
Samsung şirkətinin hal hazırda təqdimatına hazırlaşdığı Galaxy A15 smartfonunun Geekbench testlərindən keçdiyi məlum olub. Bunun sayəsində smartfonun bəzi özəllikləri ortaya çıxıb. Geekbench məlumatlarına əsasən sözügedən smartfon 2.2 GHz tezlikdə çalışan 2 ədəd güclü nüvəyə və 2.0 GHz tezlikdə çalışan 6 ədəd daha zəif nüvəyə sahib prosessor ilə təchiz olunub. Güman olunur ki, söhbət, MediaTek Dimensity 6100+ prosessorundan gedir.
Bununla yanaşı məlum olub ki, smartfon 4 GB RAM-a və Android 14-ə sahibdir. Galaxy A15 Geekbench-in bir nüvəli testi çərçivəsində 664 xal, çox nüvəli testi çərçivəsində isə 1717 xal toplayıb. Gözləntilərə əsasən smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.5 düym ekran, 128 GB daxili yaddaş həcmi, 50 MP-lik əsas arxa kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Galaxy A15-in yaxın zamanda təqdim olunacağı güman edilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy Fit 3 smart qolbağının qiyməti məlum olub
Samsung Galaxy Fit 3 smart qolbağının qiyməti məlum olub
Artıq məlumdur ki, Samsung şirkəti Galaxy Fit 3 adlı yeni smart qolbaq üzərində çalışır.
Samsung büdcəli qatlana bilən smartfon üzərində çalışmır
Samsung büdcəli qatlana bilən smartfon üzərində çalışmır
Bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti büdcəli qatlana bilən smartfon üzərində çalışır və o, 2024-cü ildə satışa çıxacaq.
Samsung Galaxy A25 5G-nin təqdimatı artıq çox yaxındır
Samsung Galaxy A25 5G-nin təqdimatı artıq çox yaxındır
Biz artıq xəbər vermişik ki, Samsung şirkəti hal hazırda Galaxy A25 5G adlı yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır.
Yüksək dözümlülüyə sahib Samsung Galaxy Xcover 7 smartfonunun render fotoları ortaya çıxıb
Yüksək dözümlülüyə sahib Samsung Galaxy Xcover 7 smartfonunun render fotoları ortaya çıxıb
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti yüksək dözümlülüyə sahib Galaxy Xcover 7 smartfonu üzərində çalışır.
Samsung Galaxy S24+ smartfonunun yeni render fotosu və bəzi texniki özəllikləri təqdim edilib
Samsung Galaxy S24+ smartfonunun yeni render fotosu və bəzi texniki özəllikləri təqdim edilib
OneLeak ləqəbli məşhur insayder Mysmartprice saytı ilə birlikdə Galaxy S24 Ultra-nın render fotolarından sonra Galaxy S24+ modelinin render fotosunu təqdim edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!