DJI qadağası fonunda Antigravity ABŞ-yə daxil olub
Cihazlar+
04.12.2025
Sevinc Miralızadə
Technote.az “The Verge" platformasına istinadən bildirir ki, DJI dronlarının ABŞ-də idxal qadağası ilə üzləşdiyi bu dövrdə, Çinin Antigravity şirkəti fürsətdən maksimum yararlanmağa çalışır. Artıq brendin 360 dərəcə kameraya sahib yeni A1 modeli ABŞ-də rəsmi şəkildə satışa çıxarılıb. Best Buy mağazaları bu həftə cihazı həm vitrinlərə yerləşdirib, həm də onlayn sifariş üçün aktiv edib.
Antigravity avqust ayında hələ ABŞ bazarına daxil olacağına tam zəmanət vermirdi. Lakin indi vəziyyət dəyişib və A1 modeli DJI-nin ayrıldığı sahədə ciddi rəqib olmağa hazır görünür. Antigravity A1 ənənəvi dron uçuşu anlayışından fərqli təcrübə təqdim edir. Cihaz:
- 360 dərəcə 8K kamera ilə eyni anda bütün istiqamətləri çəkir,
- xüsusi hərəkət sensorlu eynəklər ilə idarə olunur,
- istifadəçiyə sadəcə başını çevirərək istənilən istiqamətə baxma və uçuş xəttini qol hərəkəti ilə müəyyən etmə imkanı verir.
Çəkiliş sonrası videonu istənilən bucaqdan çevirmək, fırlatmaq və yaxınlaşdırmaq mümkündür, çünki dron bütün görüntünü eyni anda yazır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ABŞ-də DJI qadağası bir aydan da az müddətə qüvvəyə minə bilər
ABŞ-də DJI qadağası bir aydan da az müddətə qüvvəyə minə bilər
Mövcud qaydalara əsasən, şirkətin məhsulları 23 dekabradək milli təhlükəsizlik auditindən keçməsə, avtomatik olaraq ölkə daxilində istifadə və satınalma üçün qadağan ediləcək.
DJI Osmo Action 6: Dünyanın ilk dəyişən diyaframlı action kamerası təqdim olundu
DJI Osmo Action 6: Dünyanın ilk dəyişən diyaframlı action kamerası təqdim olundu
DJI Osmo Action 6 modeli dəyişən diyafram, daha böyük kvadrat sensor və yeni 4K kvadrat video imkanları ilə action kamera seqmentində görüntü keyfiyyəti və yaradıcılıq baxımından əhəmiyyətli irəliləyiş təqdim edir.
Everest dağında dünyanın ilk dron çatdırılması həyata keçirilib! (VİDEO)
Everest dağında dünyanın ilk dron çatdırılması həyata keçirilib! (VİDEO)
DJI, Everest dağında dünyanın ilk uğurlu çatdırılma dronunun sınaqlarını keçirmək üçün yerli tərəfdaşlarla əməkdaşlıq edib. Bunun sayəsində, çatdırılma müddətləri əhəmiyyətli dərəcədə qısaldılıb.
Həftənin xəbərləri