CMF Phone 1 smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
08.07.2024
Emil Nəcəfov
Nothing şirkətinin CMF adlı subbrendi daha öncə də söz vermiş olduğu kimi öz ilk smartfonu olan CMF Phone 1-i təqdim edib. CMF Phone 1 son illərin ən qeyri-adi smartfonlarından biridir. Onun gövdəsində Nothing Phone smartfonlarının gövdələrində olduğu kimi Glyph adlı işıqlandırma sistemi mövcud deyil. Lakin CMF Phone 1 öz arxa panelinin fərdiləşdirilməsi (customization) özəlliyi ilə seçilir. Arxa qapaq əsas gövdəyə bir neçə vint sayəsində bərkidilib. Həmin vintləri isə smartfonun komplektinə daxil olan vintaçan vasitəsilə açmaq olar. Arxa vintləri açandan sonra istifadəçi digər rəngdə və ya örtüyə sahib arxa qapağı smartfona bərkidə bilər.
Bununla yanaşı smartfonun arxa panelinə müxtəlif aksesuarları da birləşdirmək olar. Buna misal olaraq bank kartının saxlanması keysini, qatlana bilən dayağı və smartfonun əldə rahat gəzdirilməsi üçün nəzərdə tutulmuş ipi gətirmək olar. CMF Phone 1 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym ölçülü Super AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Smartfonun gövdəsi IPX2 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir.
CMF-nın bu ilk smartfonu MediaTek Dimensity 7300 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128/256 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda CMF Phone 1 smartfonu 50 MP + 2 MP ikili arxa kameraya və 16 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə o, 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. CMF Phone 1 Nothing OS 2.6 interfeysli Android 14 vasitəsilə çalışır. Məlumatda qeyd edilib ki, smartfon 2 il Android dəstəyinə və 3 il təhlükəsizlik dəstəyinə sahib olacaq. CMF Phone 1 yaxın günlərdə satışa çıxacaq. 128 GB yaddaşa sahib versiya 239 avroya, 256 GB yaddaşa sahib versiya isə 279 avroya satılacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Təqdimata sayılı günlər qalmış CMF Phone 1 smartfonu Geekbench testlərindən keçib
Təqdimata sayılı günlər qalmış CMF Phone 1 smartfonu Geekbench testlərindən keçib
Təqdimata sayılı günlər qalmış Nothing şirkətinin CMF subbrendinin ilk smartfonu olacaq CMF Phone 1-in Geekbench testlərindən keçdiyi məlum olub.
Təqdimata sayılı günlər qalmış CMF Phone 1-in arxa panel dizaynı səırgilənib və ön panelinin fotosu sızıb
Təqdimata sayılı günlər qalmış CMF Phone 1-in arxa panel dizaynı səırgilənib və ön panelinin fotosu sızıb
Təqdimata sayılı günlər qalmış Nothing şirkətinin CMF adlı subbrendi öz ilk smartfonu olacaq CMF Phone 1-in arxa panel dizaynını bütünlüklə sərgiləyib.
Təqdimata hazırlaşan CMF Phone 1-in arxa kamera dizaynı sərgilənib
Təqdimata hazırlaşan CMF Phone 1-in arxa kamera dizaynı sərgilənib
Nothing şirkətinin CMF subbrendinin 8 iyul tarixindəki təqdimata hazırlaşan CMF Phone 1 adlı ilk smartfonu barəsində məlumatlar ortaya çıxmağa davam edirlər.
Təqdimata hazırlaşan CMF Phone 1-in hansı növ ekranı və hansı prosessoru əldə edəcəyi açıqlanıb
Təqdimata hazırlaşan CMF Phone 1-in hansı növ ekranı və hansı prosessoru əldə edəcəyi açıqlanıb
Nothing şirkətinin CMF adlı subbrendi 8 iyul tarixində ilk smartfonu olacaq CMF Phone 1-i təqdim edəcək. Təqdimat günü yaxınlaşdıqca subbrend sözügedən smartfon barəsində daha çox məlumatı təqdim edir.
CMF Watch Pro 2 smart saatının dizaynı qismən sərgilənib
CMF Watch Pro 2 smart saatının dizaynı qismən sərgilənib
Nothing şirkətinin CMF subbrendi 8 iyul tarixində baş tutacaq təqdimat tədbirinə hazırlaşır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!