
Büdcəli Samsung Galaxy M07 4G smartfonunun texniki imkanları açıqlanıb
Cihazlar+
28.08.2025
Emil Nəcəfov
Samsung şirkəti Galaxy M07 4G adlı yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. Smartprix saytı öz növbəsində sözügedən smartfonun texniki imkanlarını açıqlayıb. Beləliklə təqdim olunmuş məlumata əsasən Galaxy M07 4G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.7 düym ölçülü LCD ekranla təchiz olunacaq. Smartfonun gövdəsi IP54 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahib olacaq. Məlumatda qeyd edilib ki, smartfon MediaTek Helio G99 prosessoru vasitəsilə çalışacaq və 4 GB RAM ilə 64 GB daxili yaddaş həcmini əldə edəcək. Kameralar mövzusunda Galaxy M07 4G özündə 50 MP + 2 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirməlidir. Batareyaya gəldikdə isə smartfonun 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung yeni təqdimat tədbiri Samsung Event-i anons edib

Samsung yeni təqdimat tədbiri Samsung Event-i anons edib
Samsung şirkəti Galaxy Event adlı yeni təqdimat tədbirini anons edib. Sözügedən təqdimat tədbiri 4 sentyabr tarixində baş tutacaq.
Samsung yeni reklam videosu ilə Apple-ı yenidən trollayıb (VİDEO)

Samsung yeni reklam videosu ilə Apple-ı yenidən trollayıb (VİDEO)
Samsung şirkəti “A Real Upgrade” adlı reklam videosu yayımlayıb. Koreya şirkətinin fikrincə, həqiqi yeniləmə Galaxy Z Fold 7-dir - qatlana bilən gövdəsi və iPhone-da hələ də mövcud olmayan inkişaf etmiş süni intellekt imkanları ilə.
Büdcəli Samsung Galaxy A07 təqdim olunub - QİYMƏTİ

Büdcəli Samsung Galaxy A07 təqdim olunub - QİYMƏTİ
Samsung şirkəti öz yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, Galaxy A07-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Helio prosessorunu və orta həcmli batareyanı əldə edib.
Samsung Galaxy Buds3 FE naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

Samsung Galaxy Buds3 FE naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
Samsung rəsmi olaraq yeni naqilsiz qulaqlığı - Galaxy Buds3 FE modelini təqdim etdi. Galaxy Buds3 FE genişləndirilmiş səsgücləndirici ilə təchiz olunub ki, bu da daha zəngin və həcmli səs təmin edir.
Samsung Galaxy Tab S10 Lite planşetinin yeni render fotoları ortaya çıxıb

Samsung Galaxy Tab S10 Lite planşetinin yeni render fotoları ortaya çıxıb
Samsung şirkəti Galaxy Tab S10 Lite adlı yeni planşetini təqdim etməyə hazırlaşır. İndi isə bu planşetin yeni render fotoları ortaya çıxıb.
Həftənin xəbərləri

