
Büdcəli Samsung Galaxy F17 5G təqdim olunub - QİYMƏTİ
Cihazlar+
11.09.2025
Emil Nəcəfov
Samsung şirkəti büdcəli Galaxy F17 5G smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, Exynos prosessorunu və orta həcmli batareyanı əldə edib. Beləliklə Galaxy F17 5G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü Super AMOLED ekranla təchiz olunub. Ekran üstəlik Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.

Smartfonun gövdəsi isə IP54 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon Exynos 1330 prosessoru vasitəsilə çalışır və 4/6 GB RAM ilə 128 GB (2 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Galaxy F17 5G özündə 50 MP + 5 MP + 2 MP üçlü arxa kameranı və 13 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy F17 5G artıq Hindistanda satışa çıxıb və onun qiyməti 164$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Huawei qatlana bilən smartfonlar bazarının demək olar yarısını ələ keçirib

Huawei qatlana bilən smartfonlar bazarının demək olar yarısını ələ keçirib
Counterpoint Research analitik şirkəti 2025-ci ilin ikinci rübü üzrə qatlana bilən smartfonlar bazarı haqqında yeni hesabat dərc edib. Hesabata əsasən, Huawei 45% bazar payı ilə birinci yeri tutub.
Samsung Galaxy S26 Edge smartfonunun ilk render fotoları təqdim edilib

Samsung Galaxy S26 Edge smartfonunun ilk render fotoları təqdim edilib
Samsung şirkəti bu il nazik gövdəli Galaxy S25 Edge smartfonunu təqdim etdi. Şirkət gələn il bu ənənəni davam etdirməli və Galaxy S26 Edge modelini təqdim etməlidir.
Samsung Galaxy Tab S11 və Tab S11 Ultra planşetləri təqdim olunub - QİYMƏTİ

Samsung Galaxy Tab S11 və Tab S11 Ultra planşetləri təqdim olunub - QİYMƏTİ
Samsung şirkəti Galaxy Tab S11 planşet seriyasını təqdim edib. Seriyaya 2 model daxil olub: Galaxy Tab S11 və Tab S11 Ultra. Bu yeni 2 planşet xarici görünüşcə bir-birindən bir qədər fərqlənir.
Samsung Galaxy S25 FE təqdim olunub - QİYMƏTİ

Samsung Galaxy S25 FE təqdim olunub - QİYMƏTİ
Samsung şirkəti rəsmi şəkildə Galaxy S25 smartfon seriyasının yeni modelini təqdim edib. Söhbət, Galaxy S25 FE-dən gedir. Bu yeni smartfon özündə müasir dizaynı, böyük ölçülü ekranı, Exynos prosessorunu və orta həcmli batareyanı birləşdirir.
Samsung Odyssey G60F gaming monitoru təqdim edilib - QİYMƏTİ

Samsung Odyssey G60F gaming monitoru təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Samsung Odyssey G60F adlanır.
Həftənin xəbərləri

