ASUS Zenfone 11 Ultra-nın render fotoları və texniki göstəriciləri ortaya çıxıblar
Cihazlar+
05.02.2024
Emil Nəcəfov
Artıq dəfələrlə məlumat ortaya çıxıb ki, ASUS şirkəti Zenfone 11 Ultra smartfonu üzərində çalışır. İndi isə internetdə sözügedən smartfonun render fotoları və texniki göstəriciləri ortaya çıxıblar. Beləliklə ortaya çıxmış fotolara əsasən demək olar ki, Zenfone 11 Ultra xarici görünüşcə ASUS-un hal-hazırda aktual olan ROG Phone 8 smartfonuna bənzəyəcək. Smartfon yastı ekrana və üçlü arxa kameraya sahib olacaq. Texniki göstəricilər mövzusuna gəldikdə ortaya çıxmış məlumatlara əsasən Zenfone 11 Ultra smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 6.78 düym AMOLED ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq.
Bununla yanaşı smartfon özündə 16 GB-a kimi RAM-ı və 512 GB-a kimi daxili yaddaş həcmini birləşdirəcək. Kameralar mövzusunda smartfon 50 MP + 13 MP + 32 MP üçlü arxa kameranı və 32 MP-lik ön kameranı əldə edəcək. Batareya həcmi məsələsində isə Zenfone 11 Ultra 65 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. O həmçinin 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə sahib olacaq. Smartfonun nə zaman təqdim olunacağı barəsində hələ heç bir məlumat yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ASUS ROG Swift OLED PG49WCD gaming monitoru təqdim edilib - QİYMƏTİ
ASUS ROG Swift OLED PG49WCD gaming monitoru təqdim edilib - QİYMƏTİ
ASUS şirkəti Avropa bazarında özünün ROG seriyasının yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş yeni monitor ASUS ROG Swift OLED PG49WCD adını əldə edib.
ASUS Zenfone 11-in texniki göstəriciləri ortaya çıxıb
ASUS Zenfone 11-in texniki göstəriciləri ortaya çıxıb
Məlumdur ki, ASUS şirkəti hal-hazırda Zenfone 11 smartfonu üzərində çalışır.
ASUS Zenfone 11 Ultra smartfonu sertifikatlaşdırmadan keçib
ASUS Zenfone 11 Ultra smartfonu sertifikatlaşdırmadan keçib
ASUS şirkəti özünün Zenfone smartfon seriyasına daxil olacaq yeni smartfon üzərində çalışır.
ASUS qatlana bilən monitorunu təqdim edib
ASUS qatlana bilən monitorunu təqdim edib
ASUS şirkətinin CES 2024 sərgisində təqdim etmiş olduğu daha bir yenilik ZenScreen Fold adlı portativ OLED monitor olub.
ASUS AirVision M1 smart eynəyi təqdim edilib
ASUS AirVision M1 smart eynəyi təqdim edilib
ASUS şirkəti CES 2024 sərgisində AR funksiyalara sahib smart eynəyini təqdim edib.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!