main-post-cover

    ASUS ROG Phone 9-un texniki göstəriciləri təqdim edilib

    Cihazlar+
    25.10.2024
    Emil Nəcəfov
         Biz biraz əvvəl xəbər verdik ki, 91mobiles saytı təqdimata hazırlaşan ASUS ROG Phone 9 smartfonunun render fotolarını təqdim edib. İndi isə həmin sayt sözügedən smartfonun texniki göstəricilərini bölüşüb. Beləliklə təqdim edilmiş məlumata əsasən ASUS ROG Phone 9 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.78 düym ölçülü AMOLED ekranla təchiz olunacaq. Ekranın maksimal parlaqlıq səviyyəsi 2500 nit təşkil edəcək.
        Bununla belə mobil oyunlarda turbo rejim çərçivəsində ekranın təsvir yenilənməsi göstəricisini 185 Hz-ə yüksəltmək mümkün olacaq. Smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq və 16 GB RAM ilə 512 GB daxili yaddaş həcmini əldə edəcək. Məlumata əsasən kameralar mövzusunda smartfon 50 MP + 13 MP + 5 MP üçlü arxa kameraya və 32 MP-lik ön kameraya sahib olacaq. Batareyaya gəldikdə isə smartfon 5800 mAh enerji tutumlu batareyanı əldə etməlidir. Qeyd etmək lazımdır ki, ASUS ROG Phone 9 smartfonu 19 noyabr tarixində təqdim ediləcək. Onunla birlikdə ASUS ROG Phone 9 Pro-nun da təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Gələn ay təqdim olunacaq ASUS ROG Phone 9-un render fotoları təqdim edilib
    gelen-ay-teqdim-olunacaq-asus-rog-phone-9-un-render-fotolari-teqdim-edilib
    ASUS ROG Phone 9-un real fotoları ortaya çıxıb
    asus-rog-phone-9-un-real-fotolari-ortaya-cixib
    ASUS ROG Phone 9 gaming smartfonunun təqdimatı anons edilib
    asus-rog-phone-9-gaming-smartfonunun-teqdimati-anons-edilib
    ASUS ZenBook 14 Air noutbuku təqdim edilib - QİYMƏTİ
    asus-zenbook-14-air-noutbuku-teqdim-edilib-qiymeti
    ASUS ROG Phone 9 barəsində ilk məlumatlar verilib
    asus-rog-phone-9-baresinde-ilk-melumatlar-verilib