main-post-cover

    ASUS ROG Phone 9 FE smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    05.02.2025
    Emil Nəcəfov
         ASUS şirkəti öz yeni flaqman smartfonunu təqdim edib. Şirkətin yeni flaqman smartfonu ASUS ROG Phone 9 FE adlanır. Bu, keçən ilin sonuna yaxın təqdim edilmiş ASUS ROG Phone 9-un bir qədər sadələşdirilmiş versiyasıdır. Xarici görünüşcə yeni smartfon keçən ilki ROG Phone 9-dan heç də fərqlənmir. ROG Phone 9 FE smartfonu 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.78 düym ölçülü AMOLED ekranla təchiz olunub.
         Lakin istifadəçi öz istəyinə uyğun olaraq mobil oyunlarda ekran tezliyi yenilənməsini 185 Hz-ə kimi yüksəldə bilər. Ekranın maksimal parlaqlıq səviyyəsi 2500 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Cihazın gövdəsi həmçinin IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır və 16 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib.
         Müqayisə üçün qeyd etmək lazımdır ki, ROG Phone 9 modeli Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır. Kameralar mövzusunda ROG Phone 9 FE modeli 50 MP + 13 MP + 5 MP üçlü arxa kameranı və 32 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə smartfon 65 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunub və 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. ASUS ROG Phone 9 FE artıq satışa çıxıb və onun qiyməti 890$ təşkil edir.
    Mənbə: Gadgets360
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimata hazırlaşan ASUS Zenfone 12 Ultra-nın render fotoları və texniki imkanları təqdim edilib
    teqdimata-hazirlasan-asus-zenfone-12-ultra-nin-render-fotolari-ve-texniki-imkanlari-teqdim-edilib
    Təqdimata hazırlaşan ASUS Zenfone 12 Ultra-nın yeni tizer fotosu təqdim edilib
    teqdimata-hazirlasan-asus-zenfone-12-ultra-nin-yeni-tizer-fotosu-teqdim-edilib
    ASUS ROG Phone 9 FE-nin render fotoları və texniki imkanları təqdim edilib
    asus-rog-phone-9-fe-nin-render-fotolari-ve-texniki-imkanlari-teqdim-edilib
    ASUS ROG Phone 9 FE smartfonu təqdimata hazırlaşır
    asus-rog-phone-9-fe-smartfonu-teqdimata-hazirlasir
    Təqdimata hazırlaşan ASUS Zenfone 12 Ultra smartfonu Geekbench testlərindən keçib
    teqdimata-hazirlasan-asus-zenfone-12-ultra-smartfonu-geekbench-testlerinden-kecib