Apple TV-yə Google Cast gəldi
Cihazlar+
16.12.2025
Sevinc Miralızadə
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Apple TV tətbiqi Android istifadəçiləri üçün mühüm yenilik əldə edib. Artıq Android cihazlardan Apple TV məzmununu televizora ötürmək üçün Google Cast dəstəyi əlavə olunub. Bu yenilik sayəsində Android istifadəçiləri serial və filmləri daha rahat şəkildə böyük ekranda izləyə biləcəklər. Lakin yeniləmə hələlik yalnız Android versiyasına aiddir. Apple TV-nin iOS versiyasında Google Cast dəstəyi yoxdur. Eyni zamanda, Android tətbiqində də hələ AirPlay funksiyası aktiv edilməyib. Yəni hər iki platforma arasında funksional fərqlər qalmaqda davam edir.
Google Cast dəstəyi Apple TV-nin Android versiyası üçün tətbiqin istifadəyə verildiyi vaxtdan bəri ən çox gözlənilən funksiyalardan biri idi. Bu yenilik, həm də Netflix-in yaxın vaxtlarda telefonlardan birbaşa smart TV-lərə “cast” dəstəyini ləğv etməsindən sonra gəlib və istifadəçilər üçün alternativ rolunu oynaya bilər. Əgər Android cihazınızda Google Cast seçimi görünmürsə, Apple TV tətbiqinin 2.2 versiyasına qədər yeniləndiyinə əmin olmalısınız. Yeniləmədən sonra “Cast” düyməsi video oynadılan zaman ekranın sağ yuxarı hissəsində, səssiz rejim düyməsinin yanında, eləcə də pauza menyusunda görünməlidir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple TV+ tarixinin ən çox izlənilən serialı məlum olub
Apple TV+ tarixinin ən çox izlənilən serialı məlum olub
Şirkətin verdiyi məlumata görə, serial populyarlıq baxımından “Severance” və “Ted Lasso” kimi hitləri geridə qoyub.
Apple tvOS 26.2-ni yayımladı
Apple tvOS 26.2-ni yayımladı
tvOS 26.2 yeniləməsi Apple TV-yə Apple ID-siz istifadəçi profilləri, uşaqlar üçün xüsusi təhlükəsiz rejim və təkmilləşdirilmiş Liquid Glass dizaynı əlavə edir.
Android istifadəçiləri artıq təcili yardıma canlı video göndərə biləcək
Android istifadəçiləri artıq təcili yardıma canlı video göndərə biləcək
Google Android telefonlarda istifadəçilərin təcili yardım xidmətləri ilə canlı video paylaşmasına imkan verən Emergency Live Video funksiyasını istifadəyə verib.
Apple TV və Apple Music-də qısamüddətli çöküntü yaşanıb
Apple TV və Apple Music-də qısamüddətli çöküntü yaşanıb
Apple bildirir ki, nasazlıq yalnız bəzi istifadəçiləri əhatə edib.
Android-lərə yeni "Call Reason" funksiyası gəlir
Android-lərə yeni "Call Reason" funksiyası gəlir
Google-un Phone tətbiqinə əlavə edilən və hazırda beta mərhələsində olan "Call Reason" xüsusiyyəti, sizə zəng edən şəxsin zəngin “təcili” olduğunu öncədən bildirməyə imkan verir.
Həftənin xəbərləri