Apple qatlana bilən cihazlar üçün şarnir konstruksiyasını patentləşdirib
Cihazlar+
10.05.2024
Sabina Rustamli
Apple şirkətinin hələ keçən ilin oktyabr ayında ABŞ Ticarət Nişanları və Patentləri Agentliyinə (USPTO) göndərmiş olduğu patent sorğusunda qatlana bilən cihazlar üçün nəzərdə tutulmuş şarnir konstruksiyası təsvir olunmuşdu. İndi isə məlum olub ki, USPTO şirkət tərəfindən göndərilmiş bu patent sorğusunu qeydiyyatdan keçirib və patent barəsində təfərrüatları bölüşüb. Beləliklə Apple şirkətinin yeni patentində hər iki istiqamətdə qatlana bilən şarnir konstruksiyasından bəhs edilir.
Patentə əsasən şarnir konstruksiyasının daxilində dişli plastinlər olacaq və onlar konstruksiyanın sol və sağ hissələri arasında fırlanmanı sinxronlaşdıraraq Samsung Galaxy Z Flip və Motorola Razr smartfonlarındakı kimi şaquli qatlanmanı təmin edəcəklər. Apple şirkətinin qatlana bilən smartfonu barəsində məlumatlar patentdə yoxdur. Lakin şirkət patentdə qeyd edib ki, sözügedən şarnir konstruksiyası digər növ qatlana bilən cihazlarda da istifadə edilə bilər. Buna misal olaraq iPad planşetini gətirmək olar. Bununla yanaşı son məlumat sızıntılarına əsasən Apple şirkətinin ilk qatlana bilən cihazı iPhone deyil, iPad ola bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple M4 prosessoru Geekbench 6 testindən keçib
Apple M4 prosessoru Geekbench 6 testindən keçib
Apple şirkəti M4 adlı yeni prosessorunu təqdim edəndən sonra onun Geekbench 6 bençmarkının testindən keçdiyi məlum olub.
Tim Cook-un təqdimat zamanı iPad ilə dizayn edilmiş xüsusi buraxılış Nike ayaqqabı geyinməyi diqqətə səbəb olub!
Tim Cook-un təqdimat zamanı iPad ilə dizayn edilmiş xüsusi buraxılış Nike ayaqqabı geyinməyi diqqətə səbəb olub!
Apple CEO-su Tim Cook iPad-in dünənki təqdimatında xüsusi buraxılış Nike ayaqqabısı geyinib. “Apple” və “Nike” pərəstişkarlarının heyran qaldığı modelin “iPad” ilə hazırlandığı bildirilib.
Apple, iOS 17.5 RC versiyasını təqdim edib: Yeniliklər nələrdir?
Apple, iOS 17.5 RC versiyasını təqdim edib: Yeniliklər nələrdir?
Apple, mayın 7-də iPad tədbirindən dərhal sonra iPhone üçün iOS 17.5 RC versiyasını təqdim edib. Bu iOS 17.5-in son versiyası ilə eyni versiya hesab olunur. Bəs, nə kimi yeniliklər var?
Apple Pencil Pro stilusu təqdim edilib
Apple Pencil Pro stilusu təqdim edilib
Apple şirkəti dünən yeni iPad Pro və iPad Air planşetləri ilə yanaşı həmçinin Apple Pencil Pro stilusunu da təqdim etdi.
Apple M4 prosessoru təqdim edilib
Apple M4 prosessoru təqdim edilib
Dünən Apple şirkəti yeni iPad Pro planşetini təqdim edən zaman heç gözlənilmədən məlum oldu ki, sözügedən planşet Apple M4 prosessoru vasitəsilə çalışır
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!