
Apple iPhone prosessoru vasitəsilə çalışacaq ucuz MacBook üzərində çalışır
Cihazlar+
01.07.2025
Emil Nəcəfov
Apple şirkəti ucuz və kompakt MacBook modelini təqdim etməyi planlaşdırır. Bu modelin əsasını isə keçən il təqdim edilmiş iPhone 16 Pro-da istifadə edilən Apple A18 Pro prosessoru təşkil edəcək. Bu barədə tanınmış analitik Ming-Chi Kuo məlumat verib. Analitikin verdiyi məlumata görə, Apple 13 düym ölçülü ekrana və A18 Pro prosessoruna sahib əlçatan qiymətli MacBook modeli üzərində çalışır. Bu da həmin cihazı iPhone ilə eyni prosessora sahib ilk Mac kompüteri edəcək.

Hazırda Apple-ın bütün noutbukları daha çox nüvəyə malik və daha böyük yaddaş dəstəyi təqdim edən M seriyalı prosessorlarla işləyirlər. Eyni zamanda bildirilir ki, bu əlçatan MacBook modeli gümüşü, mavi, çəhrayı və sarı rəng variantlarında satışa çıxarılacaq. Gözlənilir ki, yeni MacBook-un kütləvi istehsalına 2025-ci ilin dördüncü rübünün sonunda və ya 2026-cı ilin birinci rübünün əvvəlində başlanacaq. Apple bu addımın MacBook noutbuklarının satış həcmini artıracağını və gələn il satışların 28%-nə qədərini təmin edəcəyini hesablayır. Kuo həmçinin qeyd edib ki, yeni noutbukun istehsalı üçün gövdələr Çin şirkəti Everwin Precision tərəfindən hazırlanacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
Apple sentyabr ayında iPhone 17 smartfon seriyasını təqdim etməlidir. Bu səbəbdən sözügedən smartfon seriyası barəsində daha çox məlumat ortaya çıxmağa başlayıb.
Çıxıntısız ekrana sahib iPhone 5 ildən sonra təqdim oluna bilər

Çıxıntısız ekrana sahib iPhone 5 ildən sonra təqdim oluna bilər
Ekspertlərin proqnozlarına görə, Apple-ın tamamilə çıxıntısız ekrana sahib iPhone yaratması təxminən 5 il zaman alacaq. Şirkət ekran üzərindəki çıxıntını 3 mərhələdə tədricən kiçiltməyi planlaşdırır.
Apple Avropa Birliyi üçün App Store siyasətini dəyişəcək

Apple Avropa Birliyi üçün App Store siyasətini dəyişəcək
Apple Avropa Birliyinə güzəştə getməyə və App Store qaydalarını yumşaltmağa hazırdır ki, əlavə cərimələrdən yayınsın. Aprel ayında şirkət Avropa rəqəmsal bazarlar haqqında qanunun (Digital Markets Act - DMA) müddəalarını pozduğuna görə 500 milyon avro məbləğində cərimə olunmuşdu.
İnvestorlar Apple-a qarşı kollektiv məhkəmə iddiası qaldırıblar

İnvestorlar Apple-a qarşı kollektiv məhkəmə iddiası qaldırıblar
Apple şirkətinin bir qrup səhmdarı San-Fransiskodakı federal məhkəməyə kollektiv iddia təqdim edərək şirkəti 2024-cü ildə təqdim edilmiş Apple Intelligence çərçivəsində süni zəka əsaslı funksiyaların hazırlıq səviyyəsini şişirtməkdə ittiham edib.
Apple süni zəka startapı Perplexity AI-nı almağı nəzərdən keçirir

Apple süni zəka startapı Perplexity AI-nı almağı nəzərdən keçirir
Süni zəka sistemləri bazarının sürətlə inkişafı texnologiya sektorundakı iri korporasiyaları startapların alınması ilə maraqlanmağa vadar edir. Daha əvvəl Meta-nın Perplexity AI şirkətini almağı düşündüyü bildirilmişdi. Lakin Bloomberg-in məlumatına görə, bu ideya ilə maraqlanan yeganə şirkət Meta olmayıb.
Həftənin xəbərləri

