main-post-cover

    Apple-ın sabiq baş dizayneri Jony Ive tərəfindən hazırlanan süni zəka cihazı zəngetmə xüsusiyyətinə sahib ola bilər

    Cihazlar+
    07.04.2025
    Emil Nəcəfov
         Apple-ın sabiq baş dizayneri Jony Ive hazırda öz şirkəti LoveFrom-un ilk cihazı üzərində işləyir. Ive-in yeni “fərdiləşdirilmiş süni zəka cihazı” barədə ilk detallara əsasən, dizayner tanış bir sahəyə geri qayıda bilər - bu dəfə OpenAI rəhbəri Sam Altman ilə əməkdaşlıq çərçivəsində. Gələcək fərdi süni zəka cihazının dizaynı hələ inkişaf mərhələsində olsa da, artıq onu smartfonla müqayisə edirlər. The Information jurnalistlərinin son nəşrində deyilir: “Danışıqların gedişatı ilə birbaşa tanış olan iki nəfərin sözlərinə görə, son həftələrdə OpenAI, baş direktoru Sam Altman və Apple-ın sabiq dizayneri Jony Ive tərəfindən təsis olunmuş və fərdi süni zəka cihazı üzərində çalışan io Products startapını almağı müzakirə edib”.
    Jony Ive, Apple CEO-su Tim Cook ilə birgə:
         Sövdələşmənin məbləği 500 milyon dollar aralığında ola bilər. Jurnalistlərin müsahibə verdiyi mənbələr bildiriblər ki, süni zəka cihazının dizaynı hələ ilkin inkişaf mərhələsindədir və tamamlanmayıb. Onların sözlərinə görə, söhbət potensial olaraq ekranı olmayan mobil cihazdan və ya süni zəka dəstəkli məişət cihazından gedir. Digər məlumatlı mənbələr isə bunun “telefon olmadığını” iddia edirlər. Mənbələrin açıqlamalarındakı bu ziddiyyət, hazırlanmaqda olan cihazın o qədər innovativ ola biləcəyinə işarə edir ki, insanlar onu mövcud məhsullarla müqayisə etməkdə çətinlik çəkirlər.
         “Ekransız telefon” ideyası absurd görünsə də, məhsulun inkişaf istiqamətini müəyyən etmək baxımından faydalı ola bilər. Böyük ehtimalla bu cihaz texniki baxımdan telefon sayılmır, lakin zəng etmək üçün istifadə oluna bilən bir qurğu ola bilər. Ive-ın yeni məhsulu smartfonu tamamilə əvəz edə biləcək bir cihaz kimi təqdim oluna bilər. Təbii ki, iş hələ yeni başlayıb və detallı məlumatlar azdır. Lakin ilkin ipuclar göstərir ki, bu fərdi cihaz tamamilə sıfırdan yaradılır və süni zəka dövrünə uyğunlaşdırılıb. Bu səbəbdən OpenAI-nin Ive ilə birlikdə yeni cihaz üzərində çalışan Altman-ın şirkəti io Products-u almağı nəzərdən keçirməsi təəccüblü deyil.
    Mənbə: 9to5mac
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Elon Musk ilə OpenAI arasındakı məhkəmə işinə gələn il baxılacaq
    elon-musk-ile-openai-arasindaki-mehkeme-isine-gelen-il-baxilacaq
    GPT-5 bir qədər gecikəcək, o3 isə yaxın zamanda istifadəyə veriləcək
    gpt-5-bir-qeder-gecikecek-o3-ise-yaxin-zamanda-istifadeye-verilecek
    GPT-4.5 süni zəka modeli Turing testindən keçə bilib
    gpt-45-suni-zeka-modeli-turing-testinden-kece-bilib
    OpenAI o3 süni zəka modelinin bir tapşırığı yerinə yetirməsi üçün 30 000$ xərc tələb olunur
    openai-o3-suni-zeka-modelinin-bir-tapsirigi-yerine-yetirmesi-ucun-30-000-xerc-teleb-olunur
    Ghibli studiyası tərzində təsvirlər OpenAI serverlərini yükləyiblər
    ghibli-studiyasi-terzinde-tesvirler-openai-serverlerini-yukleyibler