main-post-cover

    Apple AR funksiyalara sahib olmayacaq ağıllı eynək üzərində çalışır

    Cihazlar+
    28.04.2025
    Emil Nəcəfov
         Bloomberg-in məşhur insayderi Mark Gurman-ın son dərc olunmuş məlumatına görə, Apple N50 kod adı altında öz ağıllı eynəyi üzərində fəal şəkildə çalışır. Cihaz ətraf mühiti analiz etmək üçün Apple Intelligence süni zəkasından istifadə edəcək. Lakin ağıllı eynəkdə artırılmış reallıq (AR) funksiyası olmayacaq. 9to5Mac saytının məlumatına görə, şirkət Meta Ray-Ban əməkdaşlığı çərçivəsində yaradılmış eynəklərə bənzər bir eynək hazırlamağı hədəfləyib. Model daxili mikrofonlar, aəagücləndiricilər və süni zəka köməkçisi ilə təchiz olunacaq, lakin ehtimal ki, məxfiliklə bağlı narahatlıqlar səbəbindən kameraya sahib olmayacaq.
         Hələlik cihaz tam hazır olmasa da, Gurman-ın sözlərinə görə, əsas ideya ondan ibarətdir ki, Apple Intelligence şəxsi süni zəka sistemi birbaşa bu cihazla qarşılıqlı əlaqə qursun. Əvvəldə Apple artırılmış reallıq funksiyalı eynək buraxmağı planlaşdırırdı, lakin onun kütləvi satışı bir neçə il təxirə salınıb. Bunun əvəzinə, şirkət daha sadə bir həllə - ətraf mühiti izləyərək istifadəçiyə məlumat təqdim edə biləcək ağıllı eynəyə fokuslanıb. Gurman həmçinin təsdiqləyib ki, Apple daxilində kameraya sahib AirPods qulaqlığı üzərində çalışmağa davam edir.
         Gözlənilir ki, hər iki cihaz təxminən 2027-ci ildə satışa çıxacaq. Qulaqlıqlardakı kameralar Visual Intelligence funksiyaları üçün istifadə olunacaq, lakin bu barədə ətraflı məlumat hələ açıqlanmayıb. Apple-ın ağıllı eynəyinə fotoşəkil çəkməyə icazə verib-verməyəcəyi hələ dəqiq bilinmir. Əvvəllər qeyd olunmuşdu ki, şirkət məxfiliyə dair mümkün problemlərə görə bu funksiyadan imtina edə bilər. Lakin son qərar hələ qəbul olunmayıb. Əgər Apple-ın planları reallaşsa, onun ağıllı eynəyi olduqca məşhur olan Ray-Ban Meta modellərinə rəqabət yarada bilər.
    Mənbə: 9to5mac
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 18 seriyasında bütün modellər 12 GB RAM-ı əldə edə bilərlər
    iphone-18-seriyasinda-butun-modeller-12-gb-ram-i-elde-ede-bilerler
    Nazik gövdəli iPhone 17 Air-in yeni maketi sərgilənib (VİDEO)
    nazik-govdeli-iphone-17-air-in-yeni-maketi-sergilenib
    Avropa Birliyi Apple-ı 500 milyon avro, Meta-nı isə 200 milyon avro məbləğində cərimələyib
    avropa-birliyi-apple-i-500-milyon-avro-meta-ni-ise-200-milyon-avro-mebleginde-cerimeleyib
    2 nanometrlik prosessor səbəbilə iPhone 18 Pro-nun qiymətində artım ola bilər
    2-nanometrlik-prosessor-sebebile-iphone-18-pro-nun-qiymetinde-artim-ola-biler
    Apple Çin bazarını itirməyə davam edir
    apple-cin-bazarini-itirmeye-davam-edir