main-post-cover

    Amazon istehlakçı seqmenti üçün artırılmış reallıq (AR) eynəyi üzərində çalışır

    Cihazlar+
    11.09.2025
    Emil Nəcəfov
         İnternet ticarət nəhəngi Amazon istehlakçı elektronikası bazarında öz cihazları ilə müxtəlif səviyyədə uğur əldə etsə də, artırılmış reallıq (AR) eynəyini buraxmaq fürsətini qaçırmaq niyyətində deyil. Şərti olaraq Jayhawk adlandırılan cihazın 2026-cı ilin sonunda və ya 2027-ci ilin əvvəlində təqdim ediləcəyi gözlənilir. Məlumata görə, Amazon-un AR eynəyi mikrofonlarla, səsgücləndiricilərlə, kamera ilə, həmçinin linzalardan birində yerləşdirilmiş rəngli ekranla təchiz olunacaq. Bu, Amazon-un bu cür cihaz yaratmaq sahəsində ilk cəhdi deyil. Sadəcə əvvəlki layihə xüsusi olaraq şirkətin furqon sürücüləri üçün nəzərdə tutulmuş eynəklərin hazırlanmasına yönəlmişdi.
         Onlar logistika əməliyyatlarını sadələşdirməyə imkan verməli idi, o cümlədən, mallarla dolu maşın marşrut üzrə hərəkət edərkən naviqasiya məsləhətlərini göstərməklə. Belə eynəklərin istehsalına Amazon gələn ilin ikinci rübündə başlamağı planlaşdırırdı və ilk partiyanın sayı 100 000 ədədin üzərinə çıxmayacaqdı. Mənbənin qeyd etdiyinə görə, AR eynəyin hər iki variantı eyni ekranlardan istifadə edəcək. İstehlakçılar üçün nəzərdə tutulmuş versiya kuryerlər üçün olan variantla müqayisədə daha az həcimli olmalıdır. Amazon-un müştəri seqmentinə aid eynəyinin birbaşa rəqibi isə xüsusiyyətlərinə görə oxşar olan Meta şirkətinin yeni məhsulu olacaq. Həmin cihazı şirkət gələn həftə keçiriləcək tədbirdə təqdim etməyi planlaşdırır. İstehlakçı seqmentinə aid artırılmış reallıq cihazının hazırlanması sahəsində Meta, tanınmış eynək istehsalçıları Oakley Ray-Ban ilə əməkdaşlıq edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Amazon-un Project Kuiper peyk interneti qoşulma sürətinə görə Starlink-i geridə qoyub
    amazon-un-project-kuiper-peyk-interneti-qosulma-suretine-gore-starlink-i-geride-qoyub
    İT nəhənglərin rəhbərlərinin təhlükəsizliklərinə xərclər artırılıb
    it-nehenglerin-rehberlerinin-tehlukesizliklerine-xercler-artirilib
    Böyük şirkətlər bu il süni intellektə ümumilikdə 344 miyard dollar xərcləyəcəklər
    boyuk-sirketler-bu-il-suni-intellekte-umumilikde-344-miyard-dollar-xercleyecekler
    Aparıcı İT şirkətlər süni intellektə yönəltdikləri böyük investisiyaların artıq gəlir gətirməyə başladığını göstəriblər
    aparici-it-sirketler-suni-intellekte-yoneltdikleri-boyuk-investisiyalarin-artiq-gelir-getirmeye-basladigini-gosteribler
    Böyük texnoloji şirkətlər ilin əvvəlindən 100 000-dən çox işçini ixtisar ediblər
    boyuk-texnoloji-sirketler-ilin-evvelinden-100-000-den-cox-iscini-ixtisar-edibler